Dünya (25-03-2015, 21:09)
İrəvanın müharibə qorxusu
Ermənistan Azərbaycanla sərhəddə xüsusi sığınacaqlar yaradıb.
ANS PRESS-in məlumatına görə, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan martın 25-də parlamentdəki çıxışında deyib. Onun sözlərinə görə, işçi qrupu bu cür tikililəri tədqiq edir. "İlk növbədə belə tikililərin olduğu 26 sərhədyanı məskunlaşmış məntəqələr araşdırılacaq. Bunların təkcə 21-i Tavuş rayonundadır", - deyə o əlavə edib.
Ohanyanın sözlərinə görə, bu cür tikililər bütün respublika üzrə tədqiq edilir və işçi qrupu artıq baş nazirə bir neçə təklif təqdim edib. O həmçinin qeyd edib ki, Tavuş rayonunda artıq bir neçə sığınacaq yaradılıb. "Bu iş davam etdiriləcək. Həm böyük, həm də kənd evlərinin yanında fərdi sığınacaqlar yaradılacaq", - deyən Ohanyan xüsusilə atışma halları baş verən yerlərə diqqət ediləcəyini qeyd edib.