Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-03-2015, 12:30)
Ukraynada döyüşən qırğız muzdlusu Rusiyanı ifşa etdi

Kimliyinin açıqlanmasını istəməyən qırğız döyüşçü "Azadlıq" radiosunun qırğız xidmətinə verdiyi müsahibədə Rusiyanın münaqişədəki aktiv rolundan danışıb

 

Halbuki Kreml Ukraynada rus əsgərlərinin olmadığını iddia edir.
Əynindəki hərbi geyimin qolunda qondarma "Luqansk Xalq Respblikası"nın bayrağı olan Manas Mambetov (ad şərtidir) Ukraynaya "faşistlərlə döyüşməyə" gedib. Çünki babası II dünya müharibəsində nasistlərlə vuruşub. Amma Ukraynaya gedib çıxanda fərqli mənzərə ilə üzləşib. Məlum olub ki, Rusiya televiziyalarında eşitdikləri sadəcə təbliğat imiş. Onların vuruşduğu qüvvə nizami Ukrayna ordusudur.
Mambetov Qırğızıstana bir həftə əvvəl qayıdıb. Həmyerlisi olan iki muzdlunun meyitini əzizlərinə çatdırmaq üçün.
Deyir ki, Ukraynaya getdiyinə peşman olub.
Luqansk ətrafında Rusiya hərbçiləri ilə birgə döyüşdüyünü deyən Mambetov Rusiyadan gələnlərin çağırışçı olmadığını, peşəkar döyüşçülər olduğunu, Çeçenistan və Cənubi Osetiyadakı döyüşlərdə iştirak etdiyini söyləyir: "Onların çoxu orduda müqavilə əsasında qulluq edən hərbçilərdir. Müəyyən bir müddət ərzində Luqanskda qalır, sonra onları Rusiyadan gələn başqa hərbçilər əvəz edirdi. Getsələr də ağır texnikanı aparmırdılar. Onlar orada olduqları dövrdə separatçılara, yaraqlılara təlim keçir, öz silahlarını onlara verib Rusiyaya qayıdırdılar".
Azadlıq Radiosu Mambetovun dediklərini ikinci mənbədən dəqiqləşdirə bilmədiyini qeyd edir.
Rusiya Ukrayna münaqişəsində iştirak etmədiyini, oraya əsgər, silah göndərmədiyini iddia edir.
Mambetov deyib ki, Ukraynada ona ayda 1500 dollar veriblər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024