Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (13-06-2024, 14:05)
Ermənistan-Rusiya münasibətləri toqquşma nöqtəsinə gəlib çatıb...

Ermənistan-Rusiya münasibətləri toqquşma nöqtəsinə gəlib çatıb...
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Ermənistan nümayəndə heyətinin Buçaya səfərini qeyri-dost addım kimi qiymətləndirir. Bir müddət əvvəl İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan və Ermənistan diplomatik missiyasının nümayəndəsi Vladimir Karapetyan da daxil olmaqla Ermənistan nümayəndə heyəti Ukraynanın Buça şəhərinə səfər edərək Moskvada qəbuledilməz sayılan bəyanatlar veriblər. Bundan əlavə, onlar Kiyevə humanitar yardım aparıblar. Mariya Zaxarova deyib ki, Rusiya Nor-Nork rayonunun və Ermənistan diplomatik missiyasının rəhbərlərinin Buçaya səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndirir və Ukrayna Silahlı Qüvvələrinə yardımın ötürülməsindən narahatdır. “Bununla bağlı biz Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərmişik”, - deyə Zaxarova bildirib.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın apardığı siyasətin nəticəsində artıq Rusiyadan qopmalar baş verir: "Belə ki, son iki ildə Ermənistan rəhbərliyi Rusiyadan ayrılıb və Qərbə meyllənir. Etdikləri hərəkətlərin də hamısı Qərbin, Fransanın və Amerikanın onlar qarşısında qoyduğu tələblərdir".

Politoloqun fikrincə, Nikol Paşinyan Zelenski ilə görüşərkən onları dəstəklədiklərini bildirdi və humanitar yardımlar göndərdi.

“Eyni zamanda Paşinyanın həyat yoldaşı Anna Akobyan Kiyevdə oldu və samitdə iştirak etdi və Ukraynanı dəstəklədiklərini bildirdi. Özü ilə də hümanitar yardım aparmışdı. İndi də İrəvanın Nor-nok inzibati idarəsinin rəhbəri Tiqranın Ukraynaya -Buçaya səfəri və orada da Ermənistanın səfiri ilə birlikdə Buçaya getməsi və orada ölənlərin siyahısını götürməsi və orda verdiyi bəyanatlardan görünür ki, onlar tam mənada Ukraynanı dəstəkləyir, Ukraynanın ərazi bütövlüyünü və suverenliyinin təmin olunmasını arzu edirlər. Tiqran öz çıxışlarında bildirib ki, "bəli, mən Respublika Partiyasının nümayəndəsi kimi orada iştirak etmişəm və lazım gələrsə, yenə də edərəm". Zaxarovanın bunu qeyri-dost hərəkət adlandırması təbiidir”-deyə Elşad Həsənov bildirib.

Politoloq vurğulayıb ki, artıq mübarizə açıq müstəviyə keçir: "Yəni Xarici İşlər Nazirliyi səviyyəsində nota verilir, nazirliyin sözcüsü Mariya Zaxarova fikirlərini deyir. Bu da onu göstərir ki, ruslar Ermənistanın Ukrayna "maraqları"na xüsusi ölçü və üslubda cavab verir".

Politoloqun fikrincə, bu günə qədər Putinin dilindən Ermənistana qarşı çox ciddi təhdidlər işlənilməyib.

“Artıq vəziyyət son həddə gəlib, çatır. Çünki Ermənistan KTMT-nin son il yarımda bütün tədbirlərin heç birində iştirak etməyib. Öz ərazisinə NATO qüvvələrinin təlimatçıları gəlir, onların əsgərlərini hazırlayırlar. Eyni zamanda Amerikanın hərbi mütəxəssisləri gəlib, onlara təlimlər keçirlər. Yəni KTMT-nin üzvü olan bir ölkədə NATO və Amerika hərbi qüvvələri onlara dəstək olur, təlimlər keçir. Bu da Rusiyanı “iqnor” etmək və Rusiya siyasətinə qarşı çıxmaqdır. Digər tərəfdən Ukraynaya dəstək çağırışları, onlara hərbi yardım göndərməsi diqqət çəkir. Bu mənada Ermənistanla Rusiya arasında vəziyyət getdikcə gərginləşir”-deyən politoloqun fikrincə, yaxın zamanlarda onların bir-birinə qarşı hansısa siyasi qərar verəcəyi də gözlənilir.

“Artıq məsələni uzatmağa lüzum görünmür. Ermənistan artıq KTMT-nin tədbirində iştirak etmir, KTMT-nin üzvlük haqqını da vermir. Bu məsələlər artıq gündəmdədir və Rusiya mətbuatında səslənir. Rusiya artıq Ermənistanın qeyri-dost hərəkətlərinə açıq irad bildirir. Buna cavab olaraq, Ermənistan parlamentinin sədri də Mariya Zaxarovanı yalan danışmaqda, iftira atmaqda günahlandırıb və çox ciddi olaraq tənqid edib. Bildirib ki, "biz ora nümayəndə göndərməmişik. Hansısa şəxs gedibsə, o demək deyil ki, Ermənistan bura nümayəndə göndərib". Parlament sədri Mariya Zaxarovanın fikirlərinə kəskin şəkildə iradını bildirib və onu yalan danışmaqda suçlayıb. Bu səbəbdən də görünənlər onu göstərir ki, artıq Ermənistan-Rusiya siyasəti toqquşma nöqtəsinə gəlib çatıb. Və yaxın zamanlarda bu haqda yəqinki siyasi qərarlar da veriləcək”-deyə politoloq bildirib
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024