Dünya (10-06-2024, 22:09)
İrandan Türkiyəyə qarşı inanılmaz addım: PUA göndərdi
Ötən aylarda təşkilata 50 kamikadze pilotsuz təyyarə təhvil verən İran bu dəfə PKK-ya birbaşa hava hücumundan müdafiə sistemləri və radiasiya raketləri göndərib.
Mediatv.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq”in məlumatında bildirilib.
Qeyd edilib ki, Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) vasitəsilə təşkilata yük daşımaları həyata keçirən İranın seçdiyi marşrut Süleymaniyyədir. Mülki təyyarə ilə Süleymaniyyə hava limanına aparılan kamikadze PUA-ları Təlabaninin nəzarətində olan Kürdüstan Vətənpərvərlər Birliyi vasitəsi ilə PKK-ya çatdırılıb.
“Terror təşkilatı PKK-ya kamikadze dronlarla yanaşı, PUA-ları erkən görmək üçün istifadə edilən Rusiya mənşəli termal görmə və hava müşahidə cihazının da verildiyi müəyyən edilib.
İranın terror təşkilatı PKK-ya verdiyi pilotsuz təyyarələrin bəzi hissələrinin Almaniyadan tədarük edildiyi bildirilib. Təhlükəsizlik mənbələri bunların dronların hərəkətliliyini artırmaq üçün vacib hissələr olduğunu bildirib”, - nəşr yazıb.
“Yeni Şəfəq”ın təhlükəsizlik mənbələrindən əldə etdiyi digər məlumata görə, kamikadze pilotsuz təyyarələrin bir qismi mart ayında PKK-ya çatdırılıb. ABŞ tərəfindən PUA təlimi alan 4 PKK terrorçusu təşkilata çatdırılan pilotsuz təyyarələrlə Qaraya gedib. PKK terrorçuları PUA-ların hədəfinə düşməmək üçün KYB-nin maşınlarından istifadə edirlər:
“Təhlükəsizlik mənbələri İran İnqilab Keşikçiləri Korpusuna aid silah və sursatla dolu avtomobillərin hərbi konvoyla təşkilat üzvləri ilə birlikdə Tel-Rıfat-Kəfr Nasuh bölgəsinə daxil olduğunu müəyyən edib. SEPAH-ın bu bölgədəki qərargahı da terror təşkilatına təhvil verilib və hər qərargahda təxminən 15 PKK üzvü olduğu bildirilib.
İraq rəsmisinin açıqlamasına görə, Türkiyə Süleymaniyyə Beynəlxalq Hava Limanında uçuş qadağasını daha 6 ay - 2024-cü il dekabrın 7-dək uzadılıb. Türk Hava Yolları terror təşkilatı PKK-nın Süleymaniyyədəki varlığını davam etdirdiyi və hava limanına sızaraq uçuş təhlükəsizliyini təhlükə altına ala biləcəyi səbəbilə 2023-cü ilin aprel ayında Süleymaniyyəyə uçuşları dayandırmışdı”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024