Dünya (30-10-2022, 15:32)
İrəvan İran PUA-ları alıb? - Ermənistan MN
Ermənistan Müdafiə Nazirliyi İran PUA-ları alıb-almaması ilə bağlı sorğunu cavablandırmaqdan imtina edib.Mediatv.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyinə İrəvanın İran PUA-larının alınması ilə bağlı müraciət edib-etmədiyini, belə bir ehtimalı nəzərdən keçirib-keçirmədiyi, həmçinin Ermənistanın İslam Respublikasında pilotsuz təyyarələrin və digər silahların alınması yolunda hər hansı maneə görüb-görmədiyi barədə sual ünvanlanıb.
Ermənistan MN “dövlət, xidmət, bank, kommersiya sirri”, həmçinin “məxfi hərbi informasiya” qərarlarını əsas gətirərək, suala cavabdan imtina edib.
Qeyd edək ki, İrandan PUA alınıb-alınmadığı haqda sorğuya cavab olaraq İranın Qafandakı baş konsulu Abidin Varamin bu barədə Ermənistan MN-ə müraciət etməyin lazım olduğunu bildirmişdi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025



























