Dünya (10-05-2024, 08:51)
Bu vurhavurda Sarkisyan niyə ölkədən "qaçdı"? - "Qarabağ klanı" dağıldı
Erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi “Vətən naminə Tavus” vətəndaş hərəkatının mitinqi fonunda Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ölkəni tərk edib.
“Cebhe.info”-nun məlumatına görə, bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşrin yazdığına görə, o, Almaniyada illik profilaktik tibbi müayinədən keçməyə qərar verib və bu, çoxdan planlaşdırılıb.
"Bəlkə də Sarkisyanın səfəri Tavuşda başlayan hərəkatın arxasında onun izini görməmək və Baqratın başçılığı ilə başlayan hərəkatı əvvəlkilərlə bağlamamaq üçün xüsusi olaraq təxirə salınmayıb. Baxmayaraq ki, o, və Ermənistan Respublika Partiyası kənarda dayanıb müxalifət arasında gedən müzakirələrdə fəal iştirak edə bilmir”, - deyə erməni mətbutı yazır.
Qeyd edək ki, Serj Sarkisyanın arxiyepiskop Baqram Qalstanyanın başçılıq etdiyi “Vətən naminə Tavuş” hərəkatına dəstək verməyəcəyi gözlənilən idi.
Hətta Serj Sarkisyanla yanaşı, onun sədrlik etdiyi ERP-nın fəalları da Baqram Srbazanın aksiyasına siyasi dəstək vermir. Serı Sarkisyanın tərəfdarları işğal altındakı kəndlərin qaytarılmasına və sərhədlərin delimitasiyasının əleyhinə çıxsa da, erməni kilsəsinin başlatdığı yürüşə maraq göstərmir.
Bu da yürüşün arxasında eks-prezident Robert Köçəryanın dayanması ilə bağlıdır. Çünki Serj Sarkisyanla Robert Köçəryan arasında ciddi siyasi ziddiyyətlər var. Bu narazılıq hələ 2016-cı ildə Serj Sarkisyanın hələ prezident olduğu dövrdə Avropa Komissiyasının tövsiyəsi ilə Konstitusiya islahatına gedərək ölkədə parlamentar sistemə keçməsi zamanı yaranıb. Bununla razılaşmayan Köçəryan Sarkisyanın ünvanına ciddi ittihamlar səsləndirib.
Tərəflər arasında növbəti gərginlik isə 2018-ci ildə Ermənistanda Nikol Paşinyanın liderliyi ilə “məxməri inqilab” baş verən zaman yaranıb. Köçəryan Sarkisyanın istefa vermək qərarını siyasi acizlik kimi dəyərləndirib.
2020-ci ildə Köçəryanın yenidən hakimiyyətə qayıtmaq arzusu ilə meydana çıxması Sarkisyanı narazı salıb. Bu parçalanma özünü 2021-ci il parlament seçkilərində də göstərdi. Sarkisyanın tərəfdarlarından ibarət deputatlar Köçəryanın yaratdığı “Ermənistan” fraksiyasına qoşulmaqdan imtina edərək “Şərəfim var” adlı ayrıca fraksiya yaratdı. İndi Köçəryanın Eçmiədzin kilsəsi ilə Paşinyana qarşı qurduğu siyasi konfiqurasiyada Sarkisyana yer ayırlmayıb.
Ona görə də Sarkisyan Köçəryanın başlatdığı hərəkata dəstək verməkdə maraqlı görünmür. Üstəlik, Rusiya-Köçəryan-Baqrat “oyun”unda, demək olar ki, Sarkisyana yer və ya “pay” ayrılmayıb.
Yəni Sarkisyan yalnız Paşinyan hakimiyyəti üçün deyil, həmçinin Köçəryan üçün də “vurulmuş” siyasi fiqurdur. Bu gün baş verən proses hətta Ermənistanda konspiroloji baxımdan, hakimiyyət dəyişikliyinə gətirib çıxartsa belə, nəticə etibarı ilə Serj Sarkisyan “oyun”dan kənarda qalacaq.
Belə olan halda, Serj Sarkisyan “mənə nə çatacaq” sualına cavab tapa bilmir. Eyni zamanda, Sarkisyanın son addımları onun hadisələrin gedişinə realist yanaşdığını göstərir. Yəni eks-prezident Köçəryanın Paşinyanı devirmək gücündə olmadığını anlayır. Bu səbəbdən də başqası üçün siyasi təzyiq altına düşməyin mənasız olduğunu anlayır.
Bütün bunlara görə, Serj Sarkisyan Köçəryan - kilsə hərəkatına dəstək verməməsi revanşist qüvvələr arasında növbəti parçalanmaya gətirib çıxaracaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024