Dünya (1-03-2015, 13:24)
İsveçdə Xocalı faciəsi qeyd olundu
Stohkolmda keçirilən anım tədbiri çox böyük ruh yüksəkliyi və mükəmməl hazırlığı ilə yadda qaldı
Dünyanın bir çox ölkələrində olduğu kimi İsveçdə də Xocalı faciəsinə həsr edilmiş bir sıra tədbirlər keçirildi.
"Mediatv.az" musavat.com-a istinadən xəbər verir ki, Azərbaycanlı gənclərin və diaspor fəallarının təşkil etdikləri tədbirlər, Linköping, Göteborgda başlamaqla Stockholmun mərkəzindəki Sergels Torg meydanında "səssiz aksiya" ilə davam etdi.
Şənbə günüdə isə İsveç Parlamentinin önündəki Myntorget meydanında böyük aksiya ilə yekunlaşdı. İsveç mediası ilk dəfə Xocalı faciəsi ilə maraqlandı. Aksiyanın təşkilatçıları həm İsveç radiosuna həm də bir neçə qəzet və media nümayəndələrinə müsahibə verdilər.
Azərbaycan Federasiyası İsveç (AFİ) İsveç parlamentinə Xocalı faciəsi ilə bağlı qətnamə göndərdi. Meydanda faciə ilə bağlı foto sərgi, həm isveçlilərin və həm də turistlərin diqqətini çəkdi. Elə bir yoldan keçən adam yox idi ki, bu fotosərgilərə baxmasınlar. Gənc balalarımız broşurləri yoldan keçənlərə dağıdırdılar.
Əsasən İsveç, ingilis, Azərbaycan və Türk dillərində çıxışlar oldu. Mən Rahim Sadıqbəyli çıxışımı rus dilində etməklə, faciənin əsas səbəbkarı olan Rusiya Federasiyasını kəskin tənqid etdim.
Rusiyanın müxalifət lideri Boris Nemtsovun öldürülməsindən başlayaraq, bu günkü Ukrayna ilə Dağlıq Qarabağ faciələri arasında paralel apardım. Sonda isə Rusiya prezidentinə müraciət edərək ”Ukraynadan, Prednestroviyadan, Gürcüstandan, Krımdan və Qarabağdan rədd ol”dedim…
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024