Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-01-2024, 10:12)
Rusiya F-16 qırıcılarından niyə bu qədər qorxur?

 Müasir F-16 qırıcılarının Ukraynaya verilməsi rus işğalçılara bir çox problem gətirəcək. Onlar Ukrayna aerodromlarını vurmağa çalışacaqlar ki, bu təyyarələrin fəaliyyəti qeyri-mümkün olsun, çünki onları havada ələ keçirmək demək olar ki, mümkün deyil.
Mediatv.az xəbər verir ki, bu sözləri hərbi pilot-təlimatçı, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.
Onun sözlərinə görə, çox güman ki, Ukrayna F-16-ları radar sistemləri ilə birlikdə alacaq ki, bu da havada bu təyyarələrə qarşı müqaviməti faktiki olaraq sıfra endirəcək:
“F-16 ruslar üçün təhlükəlidir, çünki bu təyyarə düşmən təyyarələrinə, eləcə də yerüstü vasitələrə - HHM sistemlərinə qarşı istifadə oluna bilən onlarla raketdən ibarət buraxılış platformasıdır.
Xüsusilə, Krım da daxil olmaqla, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində Rusiyanın hava hücumundan müdafiəsinə qarşı çıxmaq mümkün olacaq. Həmçinin F-16 ilə birlikdə uzaqmənzilli raket sistemləri yerləşdirilsə, düşmən təyyarələrini məhv etmək mümkün olacaq. O zaman rus pilotlar döyüş xəttinə 150-200 kilometr yaxınlaşmağa qorxacaqlar”.
O bildirib ki, düşmənə havadan bu cür təzyiq Ukrayna qoşunlarının quru bölmələrinə ən azı ön istiqamətlərdən birində fəal işləməyə imkan verəcək və quru texnikası daha sürətlə irəliləyəcək:
“Ruslar bütün bunları çox gözəl başa düşür və hesablayırlar. Təbii ki, hazırlaşırlar. Hazırlıq variantlarından biri F-16-ların nəzəri olaraq enə biləcəyi aerodromları məhv etmək və ya heç olmasa onlara çatmaqdır".шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024