Dünya (13-06-2023, 13:01)
ABŞ hakimiyyəti Trampın həbs olunacağı təqdirdə iğtişaşlara hazırlaşır
Mediatv.az RİA novosti-yə istinadən məlumat verir ki, Mayamidəki ABŞ hakimiyyət orqanları məxfi sənədlərin saxlanması işi ilə bağlı dinləmələrdən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın həbsi halında iğtişaşlara hazırlaşıb. Keçmiş amerikalı liderə 38 maddə üzrə ittiham irəli sürülüb. Bu barədə ABC məlumat yayıb.
Siyasətçi özünü təqsirli bilməyəcəyini bildirib və tərəfdarlarını məhkəmə dinləmələri üçün Mayamiyə gəlməyə çağırıb və ötən həftə sosial şəbəkədə yazıb: "Çərşənbə axşamı Mayamidə görüşənədək!!!"
İnternetdə dezinformasiya və ekstremizmi izləyən və təhlil edən Strateji Dialoq İnstitutu bildirib ki, onlayn davranışın təhlili keçmiş prezidentin bəzi tərəfdarlarının Mayamidəki etirazlara qoşulmağa hazır olduğunu göstərib. Ekspertlər qeyd ediblər ki, “Ancaq indiki məqamda genişmiqyaslı səfərbərliyin baş verəcəyinə dair heç bir əlamət yoxdur”.
Mayami polis rəisi Manuel Morales istənilən etiraz aksiyasının dinc şəkildə davam edəcəyinə əmin olduğunu bildirib. O bildirib ki, polis 5 mindən 50 min nəfərə qədər etiraz aksiyasına çıxmağa hazırdır.
“Biz bu hadisəyə çox ciddi yanaşırıq. Biz bilirik ki, hər şey daha da pisləşə bilər, lakin bu, Mayami yolu deyil”, – deyə, Morales yekunlaşdırıb.
Bundan əvvəl Donald Tramp istənilən şəraitdə - hətta əvvəllər ona qarşı irəli sürülən ittihamlarla mühakimə olunsa belə, prezident seçkilərində iştirakını davam etdirəcəyinə söz verib.
Sabiq dövlət başçısına 38 maddə üzrə ittiham irəli sürülüb. İttiham aktında “məxfi sənədləri qanunsuz saxlama”, “yalan şahidlik”, “ədalətə mane olmaq üçün sui-qəsd” kimi maddələr var. Onların hər biri Ağ Evin keçmiş rəhbərini 20 il həbslə hədələyir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024