Dünya (2-06-2023, 11:24)
Yaponiyada qeyri-adi tayfun səbəbindən kütləvi təxliyə elan edilib

Yaxınlaşan tayfun səbəbindən Yaponiyanın bəzi bölgələrində artıq güclü yağışlar yağmağa başlayıb, ölkənin böyük hissəsi isə güclü külək və yağışla üzləşib.
Bu həftənin əvvəlində Quamı vuran “Mavar”, keçmiş super tayfun statusundan tropik fırtına səviyyəsinə qədər zəifləyib. Qasırğanın böyük hissəsinin Honsyudan cənubdan keçəcəyi gözlənilirdi, çünki tayfun Sakit okeana doğru irəliləyir.
Bununla belə, sinoptiklər tayfundan gələn rütubətli havanın mövsümi yağış cəbhəsinə daxil olması və güclü lokal leysanlara səbəb olması təhlükəsi barədə xəbərdarlıq ediblər.
Oxşar hava şəraiti keçmişdə, xüsusilə də Yaponiyanın qərbində 200-dən çox insanın öldüyü 2018-ci ilin yayında daşqın və sürüşmələrə səbəb olmuşdu.
Şiddətli yay yağışları Yaponiyada qeyri-adi deyil, lakin iyunun əvvəli belə bir fırtına üçün qeyri-adi olaraq erkəndir. İyunun 1-də Yaponiya Meteorologiya Agentliyi (JMA) ölkədə 1898-ci ildə qeydlər başlayandan bəri ən isti yazın yaşandığını bildirib.
JMA Okinava adaları zənciri və Şikoku və Honsyu hissələri üçün daşqın xəbərdarlığı edib. 3 iyun şənbə səhərinə qədər 24 saat ərzində qərb Honshu əyalətinin bəzi hissələrinə 350 millimetr yağış yağacağını proqnozlaşdırıb.
Tərcümə etdi: Səadət Sultan

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025