Dünya (1-06-2023, 23:50)
Paşinyandan beştərəfli görüşlə bağlı ilk açıqlama

Mediatv.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşü zamanı deyib.
O, bunu Ermənistanın 29,8 min hv.km ərazinin tanınması istiqamətində növbəti addım adlandırıb.
“Biz tərəflərin suverenliyi və yurisdiksiyası altında 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndinin icrası ilə bağlı regional kommunikasiyalar açmağa hazırıq”, - Paşinyan bildirib.
O, beştərəfli formatda keçirilən qeyri-rəsmi görüşü faydalı adlandırıb.
Paşinyan bildirib ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsi Almatı Bəyannaməsi əsasında SSRİ-nin inzibati sərhədlərinin dövlət sərhədləri kimi tanınması əsasında müzakirə edilib.
Ermənistanın baş naziri bir daha bəyan edib ki, Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi beynəlxalq mexanizmlər çərçivəsində “Bakı-Xankəndi dialoqu” formatında müzakirə edilməlidir.
Qeyd edək ki, Azərbaycan delimitasiya prosesində hansı xəritənin əsas götürüləcəyi haqda indiyə qədər heç bir mövqe bildirməyib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025