Dünya (31-05-2023, 13:31)
Xarici Media İcmalı: Polşada vətəndaş müharibəsi xəbərdarlığı və dollar üçün təhlükə
Mediatv.az rambler.ru-ya istinadən məlumat verir ki, Polşa “Rusiya üzərində” vətəndaş müharibəsi barədə xəbərdarlıq edib.
Polşa prezidenti Andjey Duda Rusiyanın Polşa siyasətinə təsirini araşdırmaq üçün komissiya yaratmaqla bağlı mübahisəli qanunu imzalayıb. Bu təşəbbüs çərçivəsində Moskva ilə əlaqəsi aşkarlanan şəxslərin on il müddətinə dövlət vəzifələrində işləməsinə qadağa qoyulacaq. Duda və hakim partiya bunu "Polşada Kremlin agentlərinin kökünü kəsmək" cəhdi adlandırır, lakin müxalifət xəbərdarlıq edir ki, komissiya siyasi rəqibləri - xüsusən də 2023-cü ilin mühüm payız parlamenti ərəfəsində keçmiş baş nazir Donald Tusku hədəf almağa yönəlib.
Bunu şərh edən müxalif “Polşa 2050” partiyasının rəhbəri Şimon Holovnia bildirib ki, Duda ölkəni “həm daxildən, həm də xaricdən” ciddi şəkildə zəiflədib və Polşada vətəndaş müharibəsi törətmək qərarına gəlib. Sosial və Humanitar Elmlər Universitetinin polşalı dosenti Ben Stanley xəbərdarlıq edib ki, Duda parlamentə məhkəmələrin, prokurorların və kəşfiyyat orqanlarının funksiyalarını mənimsəyəcək komissiya yaratmağa icazə verən qanunu təsdiqləyib.
“Dolların taxtdan devrilməsi”
Birləşmiş Ştatlar növbəti borc böhranı ilə üz-üzədir: Demokratlar və Respublikaçılar borcun yeni tavanı ilə bağlı razılığa gələ bilməsələr, federal hökumətin iyunun əvvəlində pulu tükənəcək, bu da suveren borcun defoltuna, tənəzzülə (qlobal nəticələrlə), işçilərin yerlərinin itirilməsinə və tibbi sığorta ödənişlərinin dayandırılması maliyyə böhranına, iqtisadi böhrana səbəb ola bilər. Potensial defoltla bağlı ciddi qorxulardan biri onun “ABŞ dollarının taxtdan devrilməsinə” əlavə təkan verməsi və dünyanın əsas ehtiyat valyutası rolunu itirməsidir, - deyə “National Interest” bu barədə yazır.
Tərcümə etdi: Səadət Sultan

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024