Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (31-05-2023, 08:42)
Güney azərbaycanlılar Zelenskiyə məktub yazdı

 Güney Azərbaycan təşkilatları Ukrayna Prezidenti Vladimir Zelenskiyə məktub ünvanlayıblar.
Mediatv.az xəbər verir ki, məktub müəllifləri Zelenskinin İran xalqına rejimin terrora dəstək verməsinə qarşı çağırışı xatırladılıb. Bildirilib ki, Zelenskinin Rusiyanın Ukraynaya qarşı təcavüzündə İran terrorçu rejiminin iştirakı və Ukrayna xalqını öldürmək üçün silah göndərilməsini bildirərək, İran vətəndaşlarından rejimin bu cinayətkar əməllərinə etiraz etmək xahişi Güney Azərbaycan sosial şəbəkə hesablarında ciddi reaksiyalar doğurub:
“Güney Azərbaycan türkləri bu savaşda insanların çəkdiyi əziyyətləri xüsusi həssaslıq və kədərlə izləyir.
İran əhalisinin 40 faizini təşkil edən türk xalqı bir əsrdir ki, İran rejimləri tərəfindən şiddətli irqçi repressiyaya məruz qalır. İranda türklər hər cür ayrı-seçkilik və repressiyalarla üzləşirlər. Millətimiz onillərdir ki, İrandakı şah və molla rejimlərinin müstəmləkəçilik, irqçi siyasətlərinə qarşı mübarizə aparır.
Biz çox yaxşı bilirik ki, siz və Ukrayna xalqı da irqçilik və faşizmlə mübarizənin ön cəbhəsindəsiniz. Açıq şəkildə deyə bilərik ki, Güney Azərbaycan türklərinin və Ukrayna millətinin bu mənada dərdləri eynidir. Təbii ki, faşizmin, irqçiliyin məğlubiyyəti məzlum və işğal olunmuş xalqların ortaq arzusudur”.
Güney Azərbaycan təşkilatları Ukrayna xalqını tam dəstəklədiyiklərini, İran rejiminin anti-insani siyasətini pislədiklərini vurğulayıblar:
“Siz yaxşı bilirsiniz ki, İran diktator rejimi İraq, Suriya, Yəmən, Əfqanıstan və s. ölkələrə terror müdaxilələri etdiyi kimi, İran daxilində də öz vətəndaşlarına, xüsusən də fərqli etnik və dini cəmiyyətlərə qarşı repressiv tədbirlər görür.
Güney Azərbaycan türkləri olaraq İranın müdaxiləçi və terrorçu siyasəti, xüsusilə Ukraynanın günahsız vətəndaşlarını öldürmək üçün silah göndərməsi qarşısında səssiz qalmamışıq, bu terror siyasətinə qarşı çıxmışıq, çıxmağa davam edirik. Ümid edirik ki, siz də Ukrayna prezidenti və faşizmə, irqçiliyə qarşı mübarizədə bir lider olaraq fars faşizmi tərəfindən əzilən Güney Azərbaycan türklərinin səsi olasınız”.
Qeyd edək ki, məktubu Azərbaycan Mərkəzi Partiyası, Azərbaycan Milli Müqavimət Təşkilatı, Azərbaycan Öyrənci Hərəkatı, Güney Azərbaycan Demokrat Partiyası imzalayıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024