Dünya (30-05-2023, 13:55)
Ukrayna 60-a yaxın Qərb tankı alıb

"Leopard [tank tədarükü] koalisiyasına Almaniya, Polşa, Hollandiya, İsveç, Portuqaliya, İspaniya və Kanada daxildir. İndiyə qədər hər biri 30 Leopard tankından ibarət iki batalyonumuz var, yəni ümumilikdə 60-a yaxın", - deyə, Reznikov bildirib. Onun sözlərinə görə, Fransa Kiyevə AMX-10RC təkərli tankları, Böyük Britaniya “Challenger” və ABŞ-a “Abrams” tankları verib.
Yanvarın 25-də Almaniya Nazirlər Kabineti Ukraynaya 14 Leopard 2 tankı göndərəcəyini və digər ölkələrə bu maşınların təkrar ixracına icazə verəcəyini təsdiqləyib. Fevralın 7-də hökumət 178 Leopard 1A5 tankının Kiyevə çatdırılmasını təsdiqləyib. Fevralın 24-də Almaniya Kiyevə silahlı qüvvələrin ehtiyatlarından daha dörd texnika tədarük etmək qərarına gəlib.
Mart ayında ABŞ Müdafiə Nazirliyi payıza qədər ehtiyatlarından Ukraynaya 31 Abrams tankı göndərməyi planlaşdırdığını açıqlamışdı. Amerika tərəfi dəfələrlə Abramsın çatdırılması, onların yanacaqla təmin edilməsi, təmir və dəstək göstərilməsi ilə bağlı çətinlikləri, habelə Ukrayna hərbçilərinin hərbi texnikanın idarə edilməsində uzunmüddətli təlim keçməsinə ehtiyac olduğunu etiraf edib.
Tərcümə: Səadət Sultan

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 05 2025
28 05 2025
28 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar… - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025