Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (30-05-2023, 11:46)
ABŞ Mərkəzi Asiyada dezinformasiya ilə mübarizə üçün 12 milyon vəsait ayıracaq

 Mediatv.az  rambler.ru-ya istinadən məlumat verir ki,  ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Mərkəzi Asiyalıların dezinformasiyaya qarşı “müqavimətini artırmaq” məqsədi daşıyan beşillik proqram üçün 12 milyon dollara qədər vəsait ayırmağı planlaşdırır. Bu barədə “Russia Today” USAİD-in hazırladığı qranta istinadən xəbər verir.
Qrantın müddəti beş ildir. Qrantın təsvirində qeyd olunur ki, dezinformasiyaya qarşı mübarizə Mərkəzi Asiya ölkələrində “suverenliyin və demokratik mədəniyyətin gücləndirilməsi” üçün zəruridir.
USAİD hesab edir ki, bu məqsədə “media savadlılığı” kampaniyaları, dezinformasiya və “yalançı rəvayətlərə” qarşı mübarizə, eləcə də məşhur bloqçularla ünsiyyət kampaniyaları vasitəsilə nail olmaq olar.
Vəsaitin "beynəlxalq, regional, yerli siyasi və sosial-iqtisadi məsələlərlə bağlı keyfiyyətli reportajlar hazırlamaq, regionda müstəqil medianın texniki bacarıq və biliklərini təkmilləşdirmək məqsədilə həvəsləndirici dəstək" üçün istifadə edilməsi nəzərdə tutulur.
Qrant fəaliyyətləri Qazaxıstan, Tacikistan və Özbəkistana yönəldiləcək.
Bundan əvvəl USAİD ABŞ hakimiyyətinə Mərkəzi Asiyanın və xüsusən də Qazaxıstanın Rusiyadan asılılığını azaltmaq üçün yeni yollar tapmağı təklif etmişdi.
2022-ci ilin payızında məlum olub ki, ABŞ Mərkəzi Asiyada ticarət fəaliyyətinə təxminən 34 milyon dollar xərcləməyi planlaşdırır. USAID bildirib ki, bu, regionun Rusiya bazarlarından asılılığını azaltmalıdır.
USAID proqramı Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanı əhatə edir.
Tərcümə: Səadət Sultanшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024