Dünya (29-05-2023, 16:34)
Bir gündə ikinci raket zərbəsi: Zalujnı vurulan hədəflərin sayını açıqlayıb
Mediatv.az ru.slovoidilo.ua-ya istinadən məlumat verir ki, mayın 29-da səhər saatlarında Rusiya “İsgəndər”, eləcə də, yerüstü ballistik və qanadlı raketlərlə Kiyev bölgəsinə hücum edib.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının qeyd etdiyi kimi, bu, bir gündə ikinci raket zərbəsidir.
“Saat 11.30 radələrində “İsgəndər” yerüstü ballistik və qanadlı raketlərlə Kiyev vilayətinə hücum edilib. 11 raket atılıb: “İskəndər-M” və “İskəndər-K” şimal istiqamətindən olub hücumlar. Bütün hədəflər hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib”.
Xatırladaq ki, gecə saatlarında ruslar Ukrayna ərazisinə 40-a qədər qanadlı raket və 35 kamikadze pilotsuz təyyarəsini atıblar.
Odessada vurulan pilotsuz təyyarənin qalıqları liman infrastrukturuna ziyan vurub. Lvov vilayətinin Zloçevski rayonunda raket parçaları taxtadan olan kommunal binanın üzərinə düşüb və o, yanıb.
Bundan başqa, Xmelnitski vilayətində hərbi obyektə də ziyan dəyib. 5 təyyarə sıradan çıxıb.
Gün ərzində işğalçılar Kiyevə hücum etməyə cəhd etdilər. Paytaxtın bir neçə rayonuna raket parçaları düşüb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024