Dünya (29-05-2023, 16:22)
Senator Lindsi Qrem rusları hiddətləndirib
Mediatv.az lenta.ru-ya istinadən məlumat verir ki, Zelenskinin ofisi montajdan istifadə edərək, senator Lindsi Qremin rusların ölümünə sərmayə qoymaqla bağlı bir ifadə işlətdiyini üzə çaxarıb. “Reuters” agentliyi bu qənaətə gəlib.
Kiyev tərəfindən yayılan səsyazmasında aydın olmayan o idi ki, amerikalı siyasətçi “gəlirli investisiyalar” və “ölməkdə olan ruslar” barədə ardıcıl deyil, söhbətin müxtəlif yerlərində açıqlamalar verib.
Ukrayna liderinin administrasiyasının agentliyə təhvil verdiyi tam videoda Qrem bildirib ki, ukraynalılar Amerikanın “azad yaşa, ya da öl” ideologiyasını mənimsəyiblər. "Ruslar isə ölür" – Lindsi Qrem belə deyib.
Ən yaxşı pul sərmayəsi haqqında ifadə Vaşinqtonun 2022-ci ilin fevralından bəri Ukraynaya köçürdüyü 38 milyard dollarlıq hərbi yardıma istinad edir.
Əvvəlcə KİV-də yayılıb ki, Qrem Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı rusların ölümünü ABŞ pullarının ən uğurlu israfı adlandırıb. “Ruslar ölür. Biz heç vaxt pulu belə yaxşı xərcləməmişdik”, - deyə, senator bildirib.
Video gözlənildiyi kimi Rusiyada kəskin reaksiyaya səbəb olub və bu açıqlama ciddi rezonans doğurub. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, belə bir bəyanatla siyasətçi ABŞ-ı şərəfsizləşdirir: "Ölkə üçün belə senatorlara sahib olmaqdan daha böyük utancı təsəvvür etmək çətindir".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024