Dünya (23-05-2023, 12:54)
ABŞ Rusiyanı təcavüzünə görə məsuliyyətə cəlb etməyin bütün mümkün yollarını nəzərdən keçirməkdə qərarlıdır
Mediatv.az eurointegration.com.ua-ya istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Ukraynanı dəstəkləmək üçün bütün mümkün yolları nəzərdən keçirmək və təcavüzünə görə Rusiyanı məsuliyyətə cəlb etmək əzmindədir.
“European Pravda” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.
“Biz Rusiyanın öz hərəkətlərinə görə cavabdeh olmasının bütün yollarını nəzərdən keçirməyə davam edəcəyik, lakin onlardan ən vacibi Ukraynalı tərəfdaşlarımızı dəstəkləməyə davam etməkdir ki, onlar öz ölkələrini işğal etmiş rus qoşunlarına qarşı müqavimət göstərə bilsinlər”, - o, deyib.
Eyni zamanda Miller bildirib ki, indiyədək Rusiya Federasiyasının terrorizmin sponsoru kimi tanınmasının mümkünlüyündən söhbət gedə bilməz, çünki belə bir addım Dövlət Departamentində effektiv hesab edilmir.
Onun sözlərinə görə, Rusiya Federasiyasının terrorizmin dövlət himayədarı kimi tanınması “regionda humanitar yardım göstərmək imkanlarına əks-məhsuldar təsirlər göstərəcək”.
“Lakin mən deyəcəm ki, biz bir sıra digər addımlarla Rusiyanı məsuliyyətə cəlb etməyə davam edirik”, - deyə, Dövlət Departamentinin sözçüsü əlavə edib.
Xatırladaq ki, mayın 16-da ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın terrorizmin dövlət himayədarı elan edilməsinin zəruriliyində israr edən respublikaçı senator Lindsi Qremlə müzakirə zamanı demişdi: “Heç vaxt heç vaxt demə”.
Bundan sonra ABŞ Dövlət Departamenti Rusiyanın terrorizmin himayədar dövləti kimi tanınmasına çalışmadıqlarını bəyan edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024