Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (18-05-2023, 12:32)
Britaniya kəşfiyyatı təsdiqləyib ki, Kreml rəsmilərə müharibə davam edərkən istefa verməyi qadağan edir

 



Mediatv.az eurointegration.com.ua-ya istinadən xəbər verir ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə davam edərkən, Rusiya faktiki olaraq məmurlara öz postlarını tərk etməyi qadağan edir, onları qondarma cinayət işi ilə hədələyir.
Bu barədə cümə axşamı Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.
Bundan əvvəl Rusiya mətbuatı mənbələrə istinadən Kremlin müxtəlif səviyyəli məmurlara istefa verməsini qeyri-rəsmi şəkildə qadağan etdiyini yazıb.
Britaniyalı analitiklər qeyd edirlər ki, Rusiya çox güman ki, müharibə davam edərkən məmurların vəzifələrindən getməsini qadağan edəcək. Çox güman ki, bu qadağalar region rəhbərlərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və prezident administrasiyasının üzvlərinə şamil olunacaq.
Britaniyalı analitiklərin fikrincə, özəl olaraq, bir çox məmurlar müharibəyə çox şübhə ilə yanaşır və tez-tez işləməyən bir müharibə aparatında işləyərək stress keçirirlər. Ona görə də qadağa çox güman ki, işdən çıxmaq istəyənlərin qondarma cinayət məsuliyyətinə cəlb olunacağına işarə ilə təqdim olunub.
Məmurların istefasından sonra sistemin fəaliyyətində qalacaq boşluqlardan narahat olmaqdan əlavə, Rusiya hakimiyyəti də yəqin ki, məğlubiyyətin görünməsinin qarşısını almağa çalışır və müharibə üçün kollektiv məsuliyyət hissini artırmaq istəyir.
Bir gün əvvəl Britaniya kəşfiyyatı Rusiyanın Ukraynada bir neçə “Xəncər” raketini itirdiyini təsdiqləyərək, bu hadisələrin raketləri “məğlubedilməz” kimi təqdim edən Rusiya Federasiyası üçün utanc və sürpriz olduğunu qeyd edib.
Tərcümə etdi: Səadət Sultanшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024