Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (17-05-2023, 12:59)
Buça sakinini işgəncə və ölümlə hədələyən 9 rus hərbçisi məhkum edilib

 




Mediatv.az ru.slovoidilo.ua-ya istinadən məlumat verir ki, məhkəmə Rusiya silahlı qüvvələrinin 35-ci birləşmiş silahlı ordusunun tərkibində olan quru qoşunlarının 64-cü ayrıca motoatıcı briqadasının 9 hərbçisini müharibə qanunlarını pozmaqda təqsirli bilib.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunur ki, Rusiya hərbçilərindən biri 12 il, dördü 11 il 6 ay, digərləri isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
“2022-ci ilin mart ayında Buça şəhərinin işğalı zamanı məhkumlar hərbi əməliyyatlarda iştirak etməyən və silahı olmayan mülki şəxsi girov götürüblər. Onu yemək və su ilə təmin etməyiblər”, - deyə, məlumatda deyilir.
Prokurorluq bildirir ki, işğalçılar qurbanı sərbəst hərəkət etmək imkanından məhrum edib, gözlərini yapışqanla bağlayıb, əllərini plastik sıxaclarla bağlayıb və onu öldürməklə hədələyiblər.
“Onlar heç bir səbəb olmadan Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının yeri və ərazi müdafiəsi haqqında məlumat əldə etmək üçün adama  bədən xəsarətləri yetiriblər. Onun yumruqla bədəninə, eləcə də silahın qundağı ilə ayaqlarına, ayaq barmaqlarına və döş nahiyəsinə xəsarətlər yetiriblər”, - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə ediblər.
Rusiya hərbçiləri hazırda axtarışda olanlar siyahısındadırlar.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024