Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (17-05-2023, 11:05)
Almaniya "başqa Rusiya" ilə körpüləri yandırmamağa çağırdı

 



 
Mediatv.az RİA-Novosti-yə istinadən məlumat verir ki, Almaniya kansleri Şolz Avropanı “başqa Rusiya” ilə körpüləri yandırmamağa çağırıb.
Avropa “prezident Vladimir Putin hökumətindən kənar başqa bir Rusiya” ilə körpüləri yandırmamalıdır. Deutsche Welle (DW, xarici media agentlərinin reyestrinə daxil edilmiş) xəbər verir ki, bunu Reykyavikdə Avropa Şurasının sammitində çıxışı zamanı Almaniya kansleri Olaf Şolz bəyan edib.
“Biz başqa Rusiyanın, başqa Belarusun nümayəndələri ilə əlaqə saxlamalı və beləliklə, bu gün bizə nə qədər çətin görünsə də, hər iki ölkə üçün demokratik, dinc gələcək perspektivlərini açıq saxlamalıyıq”, - deyə siyasətçi bildirib.
Almaniya kansleri həmçinin “Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə görə ardıcıl cəzalandırılmağa” çağırıb. Onun fikrincə, AŞ sammiti çərçivəsində yaradılmış “Ukraynaya vurduğu itkilərin beynəlxalq reyestri” buna öz töhfəsini verməlidir.
Bundan əvvəl məlum olub ki, Avropa Şurasının mayın 16-sı və 17-də İslandiyada keçiriləcək sammitində Avropa ölkələrinin liderləri Ukrayna münaqişəsinə görə Rusiyanın məsuliyyət daşıması mexanizminin yaradılmasını müzakirə edəcəklər. Sammitin sonuna kimi “Rusiya qoşunlarının vurduğu bütün zərərlərin” reyestrini özündə əks etdirən sistemin yaradılması planının hazırlanması nəzərdə tutulub.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024