Dünya (16-05-2023, 16:29)
Çinin Müdafiə Nazirliyi ABŞ-ın Rusiya və Çin arasındakı hərbi ittifaqla bağlı bəyanatını şərh edib
Mediatv.az RİA Novosti-yə istinadən məlumat verir ki, Çinin Müdafiə Nazirliyi ABŞ-ın Rusiya və Çin arasında hərbi ittifaqla bağlı bəyanatını şərh edib.
ÇXR Müdafiə Nazirliyinin nümayəndəsi ABŞ-ın Rusiya və Çinin müttəfiqliyi ilə bağlı bəyanatını blok düşüncəsinin əlaməti adlandırıb.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Millinin Vaşinqtonun Rusiya və Çin arasında hərbi ittifaqın yaradılmasının qarşısını almaq üçün hər cür cəhd göstərməsi barədə bəyanatı köhnəlmiş blok düşüncəsinin əlamətidir. Bu barədə Çin Müdafiə Nazirliyinin (MON) sözçüsü Tan Kefei bildirib.
“Başqalarını özbaşına mühakimə edən, Soyuq Müharibə dövrünün məhdud və köhnəlmiş blok düşüncəsini izləyən, Çinə narahatlıqla baxan və Rusiya-Çin münasibətlərini qiymətləndirənlərin mesajı və mülahizələri yanlışdır”, - deyə, Çin müdafiə sözçüsü fikrini bildirib.
Kefei əlavə edib ki, Rusiya və Çin arasında müttəfiqlik “iki ölkə xalqlarının əsas maraqlarına cavab verməklə yanaşı, həm də beynəlxalq ədalətin qorunmasına, eləcə də dünya və regional təhlükəsizlik və sabitliyin qorunmasına töhfə verir”.
Kefei daha əvvəl bildirmişdi ki, Çin Xalq Azadlıq Ordusu (XAO) sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün Rusiya Silahlı Qüvvələri ilə əməkdaşlığa hazırdır. O, əlavə edib ki, hər iki ölkənin orduları strateji koordinasiyanı gücləndirməyi, mütəmadi olaraq dənizdə və havada birgə təlimlər və patrullar keçirməyi planlaşdırır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024