Dünya (10-05-2023, 16:52)
"Rəisi deyir ki, “İran region üçün arxa-dayaqdır” - bu, bizim üçün keçərli deyil"
Bir müddət əvvəl İranın prezidenti Seyid İbrahim Rəisi İranın bölgə üçün əhəmiyyətindən danışarkən qeyd edib ki, İran region ölkələri üçün arxa-dayaqdır. Dünya ölkələrinin İranı “qara yara” adlandırdığı bir dövrdə, Rəisinin İranı arxa-dayaq adlandırması sözün əsl mənasında gülüncdür. Azərbaycana dost deyib arxa çevirən, Azərbaycan torpaqlarının yağmalanmasında iştirak edən bir ölkənin başçısının bu ifadələri İranın məkrli siyasətinin əsl mahiyyətindən xəbər verir.
DİA.AZ-ın məlumatına görə, politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İbrahim Rəisinin dediyi bu fikirlər son günlər baş verən hadisələrə əsaslanır. Belə ki, mayın əvvəlində İbrahim Rəisi Suriyaya rəsmi səfərə getdiyi zaman, orada yüksək səviyyədə qarşılanmış və İran hərbi qüvvələrinin komandanlığı qarşısında çıxış etmişdi.
“İranın Süriyaya göstərdiyi dəstək aydındır, bunu bilirik. İranın əsas məqsədi Suriyanı forpost ölkəyə çevirmək, orada nüfuzunu daha da artırmaq, digər xarici qüvvələri isə oradan çıxarmaqdır. Buna da müəyyən mənada nail ola bilir. Amma hələ ki, Türkiyə öz sözünü deməyib, oradan çıxılacağı haqqında heç bir məlumat verməyib. Amerika qüvvələri də oradan çıxmaq haqqında məsələ qaldırmayıb.
Mayın 7-də ərəb liqasının ölkələrinin samitində İran Suriyanın yenidən ərəb liqasına üzvlüyünü bərpa etdu. Yəni həmin liqanın üzvləri Bəşər Əsəd dövlətini yenidən ərəb liqasının üzvlüyünə qəbul etdilər. Onlar liqanının üzvlərinə sözdə müəyyən fikirləri həyata keçirəcəklərini bildirdilər. Bu isə, heç nəyə əsaslanmır. Bunun da arxasında İran höküməti durur”,- deyən politoloq bildirib ki, İran ərəb ölkələri ilə münasibətlərindən istifadə edərək, Suriyanı yenidən bu liqanının üzvlüyünə gətirib. Rəisi də məhz buna dayanaraq, İranın region üçün arxa-dayaq olduğunu dilə gətirir.
Politoloq qeyd edib ki, İran Suriya üçün, eyni zamanda, Azərbaycanla 30 ildir müharibə aparan Ermənistan üçün arxa-dayaqdır.
“Azərbaycan torpaqlarının minalanmasında, Azərbaycan torpaqlarının resurslarının daşınmasında İran birbaşa iştirak edib. Eyni zamanda 44 günlük müharibədə də İran Ermənistana arxa dayaq olub, onlara hərbi-iqtisadi yardımlar göstərib. Və bu gün də həmin yardımları Ermənistana davam etdirir. Onlar üçün arxa-dayaqdır. Ancaq İran Azərbaycan üçün arxa-dayaq yox, Azərbaycanı təhdid edən bir ölkə kimi siyasi səhnədə özünü göstərir”,- deyən politoloqun fikrincə, ölkələrarası vəziyyət elə keçən il İran daxilində baş verən ixtişaşlardan sonra gərginləşməyə başlayıb. Azərbaycan səfirliyinə edilən terror aktından sonra nəhayət Azərbaycan hakimiyyəti İrandakı diplomatik səfirliyi bağlamağa məcbur olub. Sonra onların burada apardığı terror-təxribat işlərinə görə, İranın 4 diplomatı ölkədən xaric edildi. Bunun qarşılığı olaraq, İran da Azərbaycan diplomatlarından dörd nəfəri İrandan xaric etdi.
Elşad Həsənov bildirib ki, Azərbaycanın İranla siyasi vəziyyəti getdikcə gərginləşir.
“Rəisi deyir ki, “İran region üçün arxa-dayaqdır”. Bizim üçün keçərli deyil. Bizim üçün arxa-dayaq yox, bizə düşmən mövqeyi tutan və bizim düşmənimiz olan erməninin yanında rejimdir. Bu səbəbdən Rəisi bunu region ölkələri üçün deyil, bəzi ölkələr üçün deyə bilər”-deyə politoloq fikrini yekunlaşdırıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024