Dünya (15-01-2015, 15:41)
Nikola Sarkozi terrorçu Kulibali ilə bir yerdə - Fotofakt
Fransalı bloggerlər sosial şəbəkələrdə Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin gələcək terrorçu Amedi Kulibali ilə necə görüşdüyünü və onun əlini sıxdığını göstərən fotoşəkil yayıb
Mediatv.az saytı xəbər verir ki, yanvarın 9-da Parisdə baş vermiş terror hadisələri zamanı bir qadın polis əməkdaşını və Port-Vinsendə 4 girovu qətlə yetirmiş Amedi Kulibali Fransanın o zamankı prezidenti ilə “problemli gəncliyin nümayəndəsi” kimi görüşmüşdü. Həmin görüş 2009-cu ildə Yelisey sarayında keçirilib. Fotoşəkil də elə onda çəkilib.
Yada salaq ki, özünü İslam təəssübkeşi sayan terrorçu Amedi Kulibali tərəfindən Parisin yəhudilərə məxsus ərzaq mağazasında yanvarın 9-da girov götürülmüş 4 dinc sakin terrorçu tərəfindən binaya polis hücumundan az əvvəl qətlə yetirilmişdi. Bundan bir gün qabaq - yanvarın 8-də isə terrorçi qadın polis əməkdaşını güllələyib öldürmüşdü. Terrorçunun özü isə Fransa polisinin girovları azad etmə əməliyyatı zamanı öldürülüb.