Dünya (9-01-2015, 21:30)
Fransada 4 girov öldü- Terrorçular da məhv edildi+Yenilənib
Fransa xüsusi xidmət orqanları keçirdikləri əməliyyat nəticəsində Dammarte-an-Qoel şəhərində 2 nəfəri öldürüb.
“Mediatv.az” lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb. Ölən şəxslərin Сharlie Hebdo redaksiyasına hücum etməkdə şübhəli bilinən Səid və Şərif Quaşi qardaşlarının olduğu bildirilir. Qardaşların girov götürdüyü şəxsin isə sağ olduğu deyilir. Amma bu xəbərlə bağlı Fransa DİN heç bir rəsmi açıqlama verməyib.
Sözügedən əməliyyatla eyni zamanda Fransa polisi Parisin şərqindəki mağazaya da hücum təşkil edib. 4 saatdan artıqdır ki, girovların saxlanıldığı binadan 4 partlayış səsi eşidilib. Binanın ətrafında atışma səsləri eşidilir, insanlar hadisə yerindən qaçırlar. Yayılan məlumatlara görə, polislərdən bir neçəsi yaralanıb.
Qeyd edək ki, adıçəkilən qardaşlar yanvarın 7-də “Сharlie Hebdo” redaksiyasına edilən hücumda şübhəli bilinirlər. Həmin terror aktında 12 nəfər ölüb.
***
Fransada mağazada saxlanılan girovlardan azı 4-ü öldürülüb.
Reuters-in məlumatına görə, polis Səid və Şərif Quaşi qardaşlarının yaxın adamı sayılan Ahmed Kulibali adlı şəxsin də güllələndiyini bildirilib.
Qeyd edək ki, Kulibali məhz həmin qardaşların buraxılması tələbi ilə marketdə bir neçə şəxsi girov götürmüşdü.