Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (3-08-2022, 14:46)
ATU-nin Onkoloji Klinikası BAZARA ÇEVRİLİB.

 Xərçəngdən ölənlərin sayı kəskin dərəcədə artıb.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 14 milyondan artıq insana xərçəng diaqnozu qoyulur. Bu rəqəmin 2030-cu ilə qədər 21 milyona çatması gözlənilir.

Təşkilat bildirir ki, bütün dünyada xərçəng xəstəliyindən ölənlərin sayı 2000-ci illərlə müqayisədə 27,5 faiz artaraq 8,8 milyona çatıb.

Açıqlamada deyilir ki, əgər bu xəstəlik daha tez aşkarlansa, xəstənin sağalma ehtimalı da yüksək olur. Amma, nə yazıq ki, Azərbaycan səhiyyəsində elə bir vəziyyət yaranıb ki, müraciət edən xəstələrin vəziyyətindən əvvəl əlinə və cibinə baxılır. Maddi vəziyyəti ağılabatandırsa, xəstəliyi vaxtında aşkar olunur, deyilsə, həmin xəstə qalır evi ilə xəstəxana arasında yollarda. Salırlar get-gələ. Bunu biz demirik, bu vəziyyəti yaşayan yüzlərlə, hətta minlərlə vətəndaşlar deyir.

Qaldı ki, vətəndaşların doğru, yaxud səhiyyə işçilərinin dili ilə desək, "yalan" danışdığına, bunu da əyani olaraq, aşağıdakı linkdə izləyə bilərsiniz.




Bilirsiniz ki, hər zaman doğruları yayımlayan "DogruXeber.az" istənilən mövzuda əmin olmadığı və əlində reallığı sübut edən maddi dəlillərin olmadığı məlumatlar dərc etmir. Odur ki, izlədiyiniz bu görüntülər də 76 yaşlı Tibb Elmləri doktoru, professor, akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzində lentə alınıb. Yeri gəlmişkən bu barədə əvvəllər də redaksiyamızda materiallar dərc olunub. Bizi yenidən mövzuya qayıtmağa vadar edən isə, sözügedən müəssisədə proseslərin eyni qaydada aparılması, bu qədər müraciət və şikayətlərə rəğmən vəziyyətin olduğu kimi qalmasıdır. Eyni zamanda, yaxınlarda redaksiyamıza göndərilən daha bir video materialdır ki, həmin görüntülər də Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında lentə alınıb.

Görüntülərdən də aydın görünür ki, burada "pul tələb etmə" elə qapıdan girən kimi başlayır. Klinikaya daxil olanlar qeydiyyatdan keçməsi üçün yönləndirilir. Qeydiyyat şöbəsində çalışan xanımlar isə bunun üçün 5 (beş) manat ödəniş tələb edir. Özü də ödənilən bu məbləğ üçün heç kimə ödəniş qəbzi təqdim edilmir. Çünki müəssisə dövlət müəssisəsidir və kassa sistemi yoxdur. Belə olan halda sual yaranır, bəs hər kəsdən tələb olunan bu 5 manatlar hansı əsasla, kim (yaxud kimlər) üçün yığılır?

Yeri gəlmişkən, qeyd edək ki, məsələdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi də xəbərdardır. Yəni, əgər əvvəllər xəbəri yox idisə də, biz "DogruXeber.az" redaksiyası olaraq, dəfələrlə rəsmi müraciətlər göndərib, xəbərdar etmişik.

Lakin, cavabsız qalan müraciətlərdən və hər hansı bir tədbirin görülməsi barəsində redaksiyamıza heç bir məlumat verilməməsindən aydın oldu ki, bizə bu xəbəri verdiyimiz üçün "muştuluq da düşmür". Yəni, qurum müəssisədə olanlardan xəbərdardır və niyəsə susur.

Biz ötən yayımımızda da vurğuladığımız kimi Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışan Fərid bəyə məlumat verdiyimizdə, o bizi ATU-nin özünün mətbuat xidməti ilə əlaqə saxlamağımızı tövsiyyə etdi. Halbuki, birbaşa cavabdeh qurum olduğu üçün dərhal məsələ barəsində araşdırmalara başlanılmalı və barəsində müvafiq tədbirlər görülməli idi.

Biz Fərid bəyin "tövsiyyə"si ilə ATU-nin mətbuat xidmətində çalışan Günel xanım ilə telefon əlaqəsi saxladıq. O da müəssisənin rəhbəri ilə görüşüb, onlarla danışmağımızı tövsiyyə etdi. Beləcə "Məlikməmməd" nağılında olduğu kimi ötür-ötur gedib, nəhayət ki, ATU-nin Onkoloji Klinikasının rəhbəri Leyla xanım ilə görüşdük.

Leyla xanım isə çözüm əvəzinə məsələni bizim də ört-basdır etməyimiz üçün "qeyri-rəsmi yolla razılığa gəlmək" təklifini etdi. Məsələnin bu qədər sərbəst şəkil alması ilə üst-üstə düşən təklifdən anladıq ki, bu nə ilkdir, (qarşısı alınmazsa) nə də ki, son. Görünür, Leyla xanım da, ondan əvvəlki rəhbərlər də həmişə bu kimi olayları "qeyri-rəsmi yollarla" ört-basdır edərək, özləri şərait yaradıblar ki, bu da rəhbər şəxsin özünün bu mövzuda şəxsi maraqları olduğuna işarə edir.

Nə hələ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yaradılmamışdan əvvəl Milli Onkologiyada lentə alınmış rüşvət almanı əks etdirən görüntülərə, nə ATU-nin Onkoloji Klinikasında lentə alınan görüntülərə, nə də Akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində qeydə alınan maddi dəlillərə və məlumatlara məhəl qoymamasından isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu kimi halların bu həddə çatmasında birbaşa səbəbkar və maraqlı tərəf olduğunu göstərir. Belə olmasaydı, məlumatlar hələ dərc edilmədən əvvəl, tərəfimizdən rəsmi müraciət daxil olan kimi dərhal həmin məsələ barəsində araşdırma başladılıb, lazımi tədbirlər görülərdi.

Deyək ki, Səhiyyə Nazirliyini başa düşdük. Bir sahədə çalışanların biri -biri ilə əlbir olması gözləniləndir.

Qanun pozuntuları, korrupsiya halları barəsində qanuni tədbir görməli olan hüquq-mühafizə orqanı - Azərbaycan Respublikasının Baş Prokurorluğu hansı səbəbdən haqqında şikayətlər və faktlar olan tibb işçiləri, yaxud müəssisələri barəsində heç bir müvafiq tədbirlər görmür?

Halbuki dəfələrlə bir neçə müəssisə, iaşə obyektləri, qanunsuz, gizlin kəsilən ağaclar və sair barəsində dəfələrlə redaksiyamız adın rəsmi müraciətlər göndərmişik.

Keçmiş Qobustan rayon Mərkəzi Xəstəxanasının baş həkimi, hazırkı "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinin direktoru Emin Hüseyin barəsindəki iddiamız əlimizdə kifayət qədər materiallar olduğu halda digər vətəndaşların çoxsaylı şikayətləri kimi rədd edildi. Kəsilən ağaclar barəsindəki müraciətə baxılması prosesi uzadıldı və ümumiyyətlə qapadıldı. Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində baş verənlər barəsindəki müraciətimizə hələ də heç bir məlumat, heç bir cavab yoxdur. Onkoloji klinika barəsindəki məlumatlar da həmçinin qapadıldı. Necə ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi tapşırıq verməsinə baxmayaraq, Ordubad rayonu, Vənənd kənd sakini Nihal Hüseynovun övladı Uğur Hüseynovun müalicəsində etməli olduqları kömək başlamadan bitdi.




Necə olur ki, sosial şəbəkələrdə yazdığı sərbəst, şəxsi fikirlərinə görə jurnalistlər və sıravi vətəndaşlar prokurorluğa dəvət edilir, bu boyda korrupsiya, rüşvət, özbaşınalıq faktları və vətəndaş şikayətləri, media müraciətləri olduğu halda, yuxarıda qeyd etdiyimiz və etmədiyimiz bu kimi qanun pozuntuları bu qurum tərəfindən görməzdən gəlinir?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.azшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024