Cəmiyyət (11-05-2022, 18:30)
Deputat icra başçısının QABAĞINDAN QAÇDI

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat əlavə edib ki, xalq qazanmaq istəsəydi, ümumi danışmaz, elə ifadələr və cümlələr işlədərdi ki, təsiri indikindən yüz dəfə çox olardı:
“Böyük Allaha da məlumdur ki, belə niyyətim olmayıb. Siyasi partiya rəhbəriyəm, bu cəmiyyətdə və siyasi aləmdə hər zaman öz yolum, öz mövqeyim və baxışlarım olub. Mövqeyim və siyasətim isə hər zaman xalqa, dövlətə xidmət olub. Belə də olacaq. Mənim dövlət və xalq üçün boynum qıldan incədir. Bütün məsələlərə, bütün problemlərə, bütün rayonlara, bütün hökumət idarələrinə münasibətimi bildirmək haqqım var. Harada yaşamasından asılı olmayaraq bütün vətəndaşları qəbul etmək, dinləmək və yönləndirmək də vəzifə və vətəndaşlıq borcumdur. Bu, mənə qadağan edilə bilməz. Şəhid ailələri də mənim üçün birdir. Heç onları da Birinci, İkinci və Aprel şəhidlərinə, o cümlədən rayon, şəhər və kənd üzrə bölmürəm”.
Deputat məsələ barədə də danışıb:
“Şəhid ailələrinin videogörüntüsü yayılıb və mən də məsələyə ümumi münasibət bildirib və Xızı İcra Hakimiyyətini hədəfə almamışam. Etikaya qalanda hörmətli icra başçısının hisslərinə qapılaraq Milli Məclisin deputatına və siyasi partiya sədrinə "məsləhət" verməsi də etik deyil. Amma incimirəm və hörmətli Xəzər müəllimin nəzərinə çatdırıram ki, seçicilərimin problemləri ilə yaxından maraqlanıram, etimadlarını qazanmaq üçün mümkün olanı edirəm. Sevinirəm ki, hörmətli Xəzər Aslanov müəllim videogörüntüdəki şəhid ailələrini qəbul edib və qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb”.
Cebhe.info

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025