Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (15-12-2014, 18:26)
Sabiq deputata qarşı 1,6 milyonluq ittiham

 

Nabran Holiday Village” istirahət mərkəzində baş verən bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış üç yaşlı İmran Cəfərzadənin ailəsi sözügedən mərkəzin sahibi, sabiq deputat Nizami İsgəndərovdan yüksək məbləğdə təzminat tələb edir.

 

Bu barədə AzVision.az-a İ.Cəfərzadənin yaxını məlumat verib. Adının açıqlanmasını istəməyən şəxsin bildirdiyinə görə, İmranın ailəsi hadisənin baş verdiyi mərkəzin sahibi olan sabiq deputat Nizami İsgəndərovdan 1 milyon 600 min məbləğində təzminat tələb edir. Bildirilib ki, İmranın ailəsi həmin obyektin sahibini məkəməyə verib. Məhkəmə isə İmranın ailəsinə 70 manata məbləğində təzminat ödənilməsi ilə bağlı qərar çıxarıb:

 

“Nizami İsgəndərov onlara heç bir köməklik etmir. Məhkəmin kəsdiyi 70 min manatdan isə ailə imtina edib. Çünki o pul İmranın heç bir dəfə Almaniyaya gedib-gəlməsi üçün kifayət etmir. Almaniyadan bizə verilən kağızda qeyd olunub ki, İmranın 20 yaşı tamam olan qədər protezinin dəyişdirilməsi üçün 1 milyon 600 min dollar lazımdır. Bu pul isə yalnız protezin dəyişdilməsinə xərclənəcək. İldə iki dəfə həmin protez dəyişdirilməlidir. Nizami İsgəndərəov həmin obyekti 2 milyon manata satışa çıxarıb. Bizə 70 min lazım deyil. Köhnə məhkəmə qərarından isə Apellyasiya Məhkəməsinə şikayət ərizəsi vermişik. Almaniyada həkimlərin bizə təqdim etdiyi kağızdakı məbləği ondan tələb edəcəyik”.

 

Qeyd edək ki, sabiq deputat Nizami İsgəndərov Sumqayıt şəhərinin tanınmış iş adamlarından biridir və “Nabran Village Holiday” istirahət mərkəzi ilə yanaşı “Cavid” və “Sumqayıt” ticarət mərkəzlərinin sahibidir.

 

Xatırladaq ki, 2013-cü il iyulun 21-də İmran Cəfərzadə Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hovuzda olarkən yaxınlıqda quraşdırılmış “Akvapark” adlanan qurğu işə salınıb.

 

Bu vaxt su borusunun hovuzun içərisində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.

 

Hadisə ilə bağlı Baş Prkorurluqda cinayət işi açılıb, 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.

 

İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.

 

Haqqında səslənən ittihamlarla bağlı Nizami İsgəndərovla əlaqə saxlamağa cəhd etsək də alınmadı.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024