Cəmiyyət (13-12-2014, 13:55)
Gürcüstanın QHT nümayəndələri Gəncədə olub - Fotolar
Vətəndaş Cəmiyyətinin formalaşmasına, Gənclər Təşkilatlarının inkişafına xüsusi diqqət göstərilən Gəncə şəhərinə bu dəfə Gürcüstanın ən fəal QHT-ləri səfər ediblər
"Mediatv.az" xəbər berir ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi iki qonşu ölkə arasında münasibətlərdə gənclərin fəallığının artırılması, Gürcüstan və Azərbaycan gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xidmət etməkdir.
Gəncəyə səfər edən Gürcüstan-Azərbaycanlı Gənclər Assosiasiyasının sədri Samirə İsmayılova, Azad Zona QHT-nin və media qrupunun rəhbəri Koba Xabazi, “Gənclər Avropalı Gələcək üçün” QHT-sinin rəhbəri Manana Andgulace,həmçinin gənclər təşkilatlarının fəal üzvləri Gəncədə Heydər Əliyev adına park-kompleksdə, Nizami Gəncəvi Mərkəzində, Qala Qapı müzeyində və şəhər mərkəzində gəzinti keçiriblər. Gəncə şəhərinin son bir neçə ildə olduqca gözəlləşdiyini, inkişaf etdiyini vurğulayaraq bu sürətli inkişafa heyranlıqlarını bildiriblər.
Qeyd edək ki, səfər zamanı “Azad Zona” media qrumu üçün Gəncə ilə bağlı reportajlar hazırlanıb. 9-10 dekabr 2014-cü il tarixini əhatə edən səfər “Odlar Yurdu” Gənclər İctimai Birliyinin ofisində Birliyin fəaliyyəti ilə tanışlıq, Gəncənin 2016-cı ildə Avropa Gənclər Paytaxtı seçilməsi, Gəncə şəhərində gənclərə və gənclər təşkilatlarına yaradılmış şərait və bu şəraitin yaratdığı imkanlar, bu imkanlardan faydalanaraq gələcək əməkdaşlıqların müzakirəsi və s. mövzuları əhatə edən görüşlə yekunlaşıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024