Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (13-08-2014, 12:30)
Gəncədə gənclər günü qeyd olunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Gəncədə “Beynəlxalq Gənclər Günü” münasibəti ilə “Gəncə Gənclər Şəhəri” adlı festival keçirilib

 

 
 “Gəncə Gənclər Şəhəri” adlı festival Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin dəstəyi “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.
Festivalda Azərbaycan, Belarusiya, Sloveniya,Türkiyə, Gürcüstan, Almaniya, İspaniya, İtalya, Macarıstan, Ukrayna və Norveçdən 70-ə yaxın gənc iştirak edib. Şənliyin əsas məqsədi 2016-cı il üçün Avropa Gənclər Paytaxtı olan Gəncə şəhərində gənclərlərin fəaliyyətlərini genişləndirmək, onların yay aylarında əyləncələrini təşkil etmək, gəncləri bir araya toplamaq, həmçinin, şəhər əhalisini Gəncə 2016 Avropa Gənclər Paytaxtı haqqında məlumatlandırmaqdır.
Festivalda Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov bildirib ki, Gəncənin 2016-ci il üçün Avropa Gənclər Paytaxtı seçilməsi Gəncənin və ümumilikdə Azərbaycanın uğurudur. Şəhərdə gənclərlə bağlı həyata keçirilən layihələr, avropalı gənclərin iştirakı ilə keçirilən tədbirlərə Gəncənin ev sahibliyi etməsi də şəhərin bu ada layiq görülməsinə öz tövhəsini verib.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov isə vurğulayıb ki, Avropanın 2016-cı il üçün Gənclər Paytaxtını daha geniş təbliğ etmək, Gəncə ilə xarici ölkə gənclərini tanış etmək, ekskursiyalar, gəzintilər təşkil etmək və görüşlər keçirmək Avropanın Gənclər Paytaxtını dünyada tanıtmağa xidmət edən tədbirlərdəndir.
“Gəncə Gənclər Şəhəri” festivalının proqramı çərçivəsində müxtəlif  yaş qrupundan olan yerli və əcnəbi gənclər birliyin könüllüləri tərəfindən təşkil olunan karaoke, dans, street painting, face art bölmələrində festival müddətində əyləniblər.  “Gələcəyə Körpü” və “Gəncə Avropa Gənclər Paytaxtı 2016” informasiya mərkəzində isə viktorina qaliblərinə təşkilatı dəstək göstərən şirkətlər tərəfindən hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 12 avqust “Beynəlxalq Gənclər Günü” nün qeyd olunması haqqında qərar 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda qəbul olunub.
 
 

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025