Cəmiyyət (4-12-2014, 16:30)
Sumqayıtda qadına dəhşətli işgəncə verilib -Övladlarının gözü önündə
Əvvəllər məhkum olunmuş kişi keçmiş həyat yoldaşının əl-ayağını və ağzını yapışqanla bağlayaraq, qaynar suyu onun başına, boynuna və bədəninin müxtəlif nahiyələrinə töküb
Azərbaycanda dəhşətli işgəncə faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə Sumqayıt şəhərində baş verib.
Salyan rayonunda anadan olan, hazırda Sumqayıt şəhərində yaşayan, 1982-ci il təvəllüdlü İsrafil Samid oğlu Ələkbərov keçmiş həyat yoldaşı Aynur Qadir qızı Həsənovanı döyüb. Daha sonra İ. Ələkbərov A. Həsənovanın əl-ayağını və ağzını yapışqanla bağlayaraq qaynar suyu onun başına, boynuna və bədəninin müxtəlif nahiyələrinə tökərək keçmiş həyat yoldaşına ağlasığmaz işgəncələr verib. Bütün bu hadisələr onların azyaşlı uşaqlarının gözü qarşısında baş verib.
Sumqayıt şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb və həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən İ. Ələkbərov tutulub.
Polisdən həmçinin bildirilib ki, adıçəkilən şəxslər bir müddət əvvəl boşanıblar. İ. Ələkbərov əvvəllər məhkumluq həyatı yaşayıb.
Hazırda baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024