Cəmiyyət (2-12-2014, 10:12)
Bu günün hava necə olacaq?
Sabah Azərbaycanın dağlıq rayonlarında qar yağacaq
Dekabrın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Şimal-qərb küləyi 15-20 m/s, arabir 25 m/s olacaq, yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcək, axşam 10-15 m/s-dək mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.AZ-a verilən məlumata görə, havanın temperaturu gecə və gündüz 4-6° isti, Bakıda gecə və gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 778 mm civə sütununadək yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin dəyişməsi, şimal küləyinin güclənməsi, eyni zamanda, soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperatur gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək.
Temperatur gecə 1-4°, gündüz 4-8° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperatur gecə 3° şaxtadan 4°-dək isti, gündüz 2-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında fasilələrlə yağıntı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperatur gecə 1-4°, gündüz 4-8° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında fasilələrlə yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Temperatur gecə 2-5°, gündüz 5-8° isti, dağlarda gecə 0-2°, gündüz 2-5° isti təşkil edəcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024