Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-11-2014, 14:05)
“Dilənmək ailə ənənəmizdir”- Dilənçi uşağın ata-anası

“Dilənçilik edən 4 azyaşlı Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Azyaşlıların valideynləri isə dilənçiliyin ailə ənənəsi olduğunu bildirməklə uşaqların dilənməsinə haqq qazandırıblar”

 

"Mediatv.az"  xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib.
Təşkilat rəhbərinin sözlərinə görə, 10-14 yaşlarında olan azyaşlıların valideynləri ilə əlaqə saxlayıblar: 
“Uşaqlar dedilər ki, maddi imkanları olmadığından dərsdən yayınıb dilənirlər. Guya beləliklə ailələrinə kömək edirlər. Uşaqların valideynləri sağdır. Onlar roman (qaraçı) tayfalarındandılar. Buna görə də dilənməyi adət-ənənə hesab edirlər. Valideynlər hesab edirlər ki, uşaqların dilənməsində qeyri-qanuni heç nə yoxdur”.
K.Ağazadə dedi ki, onlar hazırda ailələrlə işləyirlər: “Uşaqlardan daha çox valideynlərlə işləmək lazımdır. Onlara valideyn məsuliyyətini, qanun qarşısında vəzifələrini anladırıq. Uşaqların sənədləri qaydasında deyil. Sənədlərin hazırlanmasında kömək göstərəndən sonra uşaqların məktəbə getmələrinə nəzarət edəcəyik”.
Hüquq müdafiəçisi rəhbərlik etdiyi təşkilatın sığınacağında hazırda 30 azyaşlının yaşadığını dedi: “Sığınacaqda 2 yaşından 18 yaşınadək 30 uşaq qalır. Onların arasında maddi imkansız, eləcə də problemli ailələrin uşaqları var. Təəssüf ki, hələ də küçələrdə dilənən, yaşayan uşaqlar var. Küçədə yaşayıb işləyən uşaqların əksəriyyəti valideyn məsuliyyətsizliyinin qurbanlarıdır”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024