Cəmiyyət (27-11-2014, 10:00)
Azərbaycana zərbə vuracaq ölümlər
Leyla Yunusun qapısını döyənlər çox olub
Mülkiyyət və vətəndaş hüququ pozulan adi vətəndaşdan tutmuş, siyasi məhbus ailələrinin üzvlərinə qədər hər kəs şəstlə hüquq müdafiəçisinin qapısını taqqıldadıb və dərdini danışıb.
L.Yunusun qapısını hüquq-mühafizə orqanları işçiləri də zaman-zaman döyüblər. Lakin prinsipial hüquq müdafiəçisi öz prinsiplərindən bir addım da geri çəkilməyib.
Bu gün də L.Yunusun qapısı döyülür. Bu dəfə Y.Yunusun qapısını ölüm döyməyə başlayıb. Hüquq müdafiəçisinin özü, yaxınları və vəkili həyəcan təbili çalır. Bir neçə ağır xəstəlikdən əziyyət çəkən Leyla xanımın müalicəsi düzgün aparılmazsa və onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilməzsə, o, vəfat edə bilər.
L.Yunus sıradan bir nəfər deyil. Onun həyatı faciəli sonluqla başa çatarsa, bu, Azərbaycan üçün kifayət qədər ciddi problemlər yarada bilər. Bu barədə Azərbaycan hakimiyyəti ciddi şəkildə düşünməlidir. L.Yunusun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini gecikdirmək olmaz. Azərbaycanın beynəlxalq imicinə elə zərbələr dəyə bilər ki, sonradan atılacaq hər hansı bir addımla onun fəsadlarını təmizləmək mümkün olmaya bilər.
Azərbaycanda siyasi məhbusların həbsxanada vəfat etməsi hallarına rast gəlinib. Bunlar ölkənin maraqlarına ciddi zərbələr endirib. Lakin onların heç biri L.Yunus ranqında olmayıb. L.Yunusun həbsi demək olar ki, bütün beynəlxalq təşkilatların diqqətlə izlədiyi bir prosesə çevrilib. Fransa prezidentindən tutmuş, ən nüfuzlu simalar L.Yunusa qarşı təqiblərə son qoymağı tələb edib.
Hamı həyəcanla bəyan edir ki, L.Yunus həbsxanada vəfat edərsə, bütün məsuliyyət hakimiyyətin üzərinə düşəcək.
İqtidar hələ də tənqidçi jurnalist Elmar Hüseynovun qətlinin üstünün açılmamasının ləkəsindən təmizlənə bilmir. Əgər, L.Yunus zindanda vəfat edərsə, rəsmi Bakı elə zərbələr ala bilər ki, E.Hüseynovun qətli baş verənlərin yanında sıradan bir hadisə ola bilər.
Bu gün həbsdə olan digər hüquq müdafiəçisi, Azərbaycanın ən layiqli ziyalılarından olan İntiqam Əliyevin də səhhətində ciddi problemlər var. Eyni vəziyyətdə L.Yunusun həyat yoldaşı, politoloq Arif Yunusdur.
Hər üç tanınmış sima həbsxanada dünyalarını dəyişərsə, artıq rəsmi Bakının bütün demokratik dünya ilə əlaqəsini kəsməkdən başqa yolu qalmaya bilər.
Hər üç şəxsin heç olmasa ev dustaqlığına buraxılmasından iqtidar yalnız qazana bilər. Hətta ən amansız hakimiyyətlər də belə həssas məqamlarda rəqiblərinə qarşı münasibətlərini yumşaldıblar. Qəddarlıq müəyyən zaman kəsiyində effekt verə bilər, “barıtı çox edildikdə” isə təlatümlər yaranır.
Həbsxanada səhhətindəki ağır problemlərlə baş-başa qalan daha bir nəfər veteran jurnalist Rauf Mirqədirovdur. Azərbaycanın mövqelərini daima müdafiə edən, yerli və beynəlxalq mükafatların böyük əksəriyyətinin sahibi olan nüfuzlu jurnalistin səhhətindəki problemlər böyük faciələr tərədə bilər.
Bir sözlə, Azərbaycanın beynəlxalq imici təhlükədədir. Ən azı 4 nəfər tanınmış siyasi məhbusun həyatı müzakirə predmetidir. Onların həbsdən azad edilməsi digər siyasi məhbusların durumuna da müsbət təsir göstərə bilərdi.
Vəziyyət düşündüyümüzdən də ağırdır. Bu dəfə söhbət yalnız siyasi məhbusların həyatından deyil, eyni zamanda ölkənin gələcəyindən gedir. Məntiq, təhlil onu deməyə əsas verir ki, hakimiyyət siyasi məhbus problemini tezliklə həll etməlidir. Ən azı adıçəkilən simalar barəsində həbs-qətimkan tədbiri dəyişdirilməlidir...(musavat.com)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024