Siyasət (31-05-2014, 18:10)
Leyla Yunusdan ittihamlara sərt cavab
"Jurnalistlərin işi donuzların səsini yazmaq və ya yazmamaqdır”.
Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun sülhyaradıcı jurnalist qrupunun üzvü olmuş jurnalist Əkbər Həsənov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İdarəsinin müstəntiqləri tərəfindən sorğu-sual edilib.
Bu məlumatı virtualaz.org saytına Əkbər Həsənov özü verib.
Əkbər Həsənovun sözlərinə görə, o, müstəntiqlərlə söhbəti zamanı Arif və Leyla Yunusların erməni xüsusi xidmət orqanları və Ermənistanın nüfuzlu siyasi çevrələrinin nümayəndələri ilə əlaqələrinə dair şübhələrindən danışıb: “Mən müstəntiqlərə dedim ki, jurnalist Rauf Mirqədirov günahsızdır. Böyük ehtimalla Leyla Yunus Rauf Mirqədirovdan öz çirkin oyunlarında istifadə edib. Görünür, Mirqədirov bu ermənipərəst ər-arvadın oyunlarının qurbanı olub”.
Bu barədə Musavat.com-a açıqlama verən Leyla Yunus Əkbər Həsənovun onun institutunda işləmədiyini bildirib: “Mənim institutumda bu adda insan işləməyib. Biz də 100 nəfər yoxdur ki, kimisə yaddan çıxarım. Ümumiyyətlə, Əkbər Həsənov adlı insan bizdə heç zaman işləməyib. Mən işçilərimin adını heç zaman unutmayacağam. Bunlar yalan və böhtandır”.
Hüquq müdafiəçisi onun bərəsində Əkbər Həsənovun səsləndirdiyi ittihamlara da sərt cavab verib: “Vaxtımı belə səviyyəsiz fikirlərə sərf etməliyəm? Belə fikirlər axmaq insanlardan çıxar. Mən dediyimi edirəm və qabağa gedirəm. Bu onların öz fikridir. Jurnalistlərin işi donuzların səsini yazmaq və ya yazmamaqdır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024