Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-11-2014, 13:46)
“Polisin tələb etdiyi yeganə şey saqqalımızı qırxmaq idi” - Video

Həbs edilən sələfi: “Polislər şalvarımı çıxardı...”

 

Bir qrup dindar - sələfi noyabrın 13-də saxlanılması və Sumqayıt Şəhər Polis İdarəsində zorakılığa məruz qalması ilə bağlı “Turan” agentliyinə müraciət edib.
Mediatv.AZ  xəbər verir ki, onlar Zöhrab Şıxəliyevin evinin yaxınlığında saxlanılıblar. Onların ibadətgahları Şıxəliyevin həyətində yerləşir. Z.Şıxəliyev özü elə həmin gün həbs edilib. Polisin iddiasına görə, onun həyətində silah və döyüş sursatı aşkarlanıb.
Saxlanılanlardan biri - Qarabağ müharibəsinin veteranı, II qrup əlil Zaur Mehdiyev bildirib ki, mülki geyimli şəxslər ona yaxınlaşaraq polisə getməyi təklif ediblər. Orada əlini qandallayıblar və döyməyə başlayıblar.
“Kürəyimdən, başımdan vururdular. Yaralandığımı və bədənimdə qəlpələr olduğunu dedim. Onlar isə döyməyə davam edirdilər” - deyə Mehdiyev bildirib.
Ondan başqa daha 8 nəfər saxlanılıb, onları da döyüblər və alçaldıblar – şalvarlarını çıxarıblar, ağızlarına isə dəyənək soxublar.
“Bizi nəyə görə cəzalandırdıqlarını izah etmədilər. Polisin tələb etdiyi yeganə şey saqqalımızı qırxmaq idi” - deyə Z.Mehdiyev bildirib.
Saxlanılanlar 6-7 saat sonra sərbəst buraxılıblar. Z.Mehdiyev qeyd edib ki, o və digər dindarlar Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasında tibbi müayinədən keçiblər. Xəstələrin qeydiyyatı kitabında travmalar qeydə alınıb, lakin onların əlinə arayış verməyiblər.
Z.Mehdiyev deyib ki, onlar 102 xidmətinə zəng ediblər və Azərbaycan prezidentinə, baş prokurora, DİN rəhbərinə, ombudsmana teleqram göndəriblər.
Z.Mehdiyevin sözlərinə görə, dindarları ən fəal şəkildə polis rəisinin Süleyman adlı müavini döyüb.
Digər dindar - Qarabağ müharibəsi əlili Vidadi Məhərrəmli bildirib ki, onu böyrəklərindən – döyüş yaraları olan yerlərindən vurublar.
“Başa düşmürük ki, bizi niyə döyüblər. Dövlət müharibə əlillərinin qayğısına qalır, maşın, mənzil verir, bu yaxınlarda məni Naftalan sanatoriyasında müalicəyə göndərmişdilər. İnsanlara qarşı niyə belə davranırlar?” - deyə o bildirib.
Daha bir dindar – Rəşad Sultanov deyib ki, o, Rusiya vətəndaşıdır. Noyabrın 12-də Sumqayıta qayıdıb, onu da Şıxəliyevin evinin yaxınlığında saxlayıblar və polisə aparıblar.
“Əvvəlcə Ramil adlı əməkdaş mənimlə normal danışdı. Lakin sonradan Süleyman adlı rəis müavini gəldi və döyməyə və təhqir etməyə başladı. Mən bu işi belə qoymayacağam” - deyə R.Sultanov qeyd edib.
Qalan dindarlar ibadətgaha gələn hər kəsin məsuliyyətə cəlb edilə biləcəyi ilə bağlı narahatlıqlarını bildiriblər. Lakin Şıxəliyevin heç bir təqsiri yoxdur və o, həmişə hakimiyyətə loyal olub, zorakılığı rədd edib.
Dindarların sözlərinə görə, Z.Şıxəliyevin ibadətgahına gələnlər radikal cərəyanlara məxsus deyillər, Sumqayıtda sünni məscidi olmadığına görə onlar orada ibadət edirdilər.
Onlar bildiriblər ki, Azərbaycan prezidentindən və baş prokurordan Sumqayıtda dindarlara qarşı təzyiqə son qoyulması, onlara işgəncə edənlər və hədələyənlər barəsində tədbir görülməsi məqsədilə bu işə müdaxilə etməyi xahiş edirlər.
 

 


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024