Cəmiyyət (30-10-2014, 22:14)
Oqtay Gülalıyevin oğlu 6 ay islah işlərinə məhkum edildi
Cümə axşamı Xətai rayon məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin işi üzrə proses yekunlaşıb.
Məhkəmə onu 221.1-ci (xuliqanlıq) maddə ilə təqsirli bilib və əmək haqqının 15%-i dövlətin xeyrinə tutulmaqla, 6 ay islah işlərinə məhkum edib.
Maraqlıdır ki, oğlan əyani şöbənin tələbəsidir və əmək haqqı almır, buna görə ondan pulun necə tutulacağı aydın deyil.
Bundan başqa, cəza müddəti bitdikdən sonra Əli Gülalıyev polisin nəzarəti altında olacaq və ölkəni tərk edə bilməyəcək.
Məhkəmənin hökmünü Turan-a şərh edən Oqtay Gülalıyev deyib ki o və oğlu hökmlə razı deyillər, qərarı siyasi motivli hesab edirlər və apellyasiya şikayəti verəcəklər.
Xatırladaq ki, Ə.Gülalıyev 20 dekabr 2013-cü il tarixində təhsil aldığı 165 nömrəli məktəbdə davada iştirak etməkdə ittiham olunurdu. İş üzrə zərərçəkmiş kimi həmin məktəbin şagirdi Bayram Sultanlı keçirdi, o, sonda şikayətindən imtina edib.
Prokuror məhkəmədən təqsirləndirilən şəxsin 1 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.
Qeyd edək ki, Ə.Gülalıyev özü üç gün sonra naməlum şəxslər tərəfindən döyülüb və yaralanıb, amma bu iş indiyədək araşdırılmayıb.
Hökmün elan edilməsi zamanı demokratik ictimaiyyətin, habelə Aİ və AFR səfirliyinin nümayəndələri iştirak ediblər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024