Cəmiyyət (18-10-2014, 13:15)
“Polislər mənə hədə-qorxu gəlir”- Döyülən qadın+Fotolar
Bir neçə gün əvvəl mətbuatda iki qadının Sumqayıt polis şöbəsində döyüldüyü barədə məlumat yayılmışdı.
Bu gün həmin hadisədə zərərçəkmiş Aytən İsmayılova “Qafqazinfo”ya açıqlama verib.
O bildirib ki, polislər ondan şikayət ərizəsini geri götürməsini tələb edirlər:
“Əgər ərizəni götürməsəm, şəhərdə rahat hərəkət edə bilməyəcəyimi deyirlər. Mənə hədə-qorxu gəlirlər. Ərizəni geri götürmək niyyətim yoxdur. Çünki hüquqlarım pozulub və polislər tərəfindən döyülmüşəm”.
Qeyd edək ki, oktyabrın 15-də Sumqayıtda parkda iki nəfər tüfənglə sahibsiz itləri vurub. Bu zaman 28 yaşlı Aytən İsmayılova ilə rəfiqəsi Lada Penkova buna etiraz edib. Qadınlar it vuranlar tərəfindən təhqir olunduqları üçün polis bölməsinə gedərək şikayət ərizəsi yazıblar. Həmin xanımlar isə bölmədə polis əməkdaşları tərəfindən təhqir olunaraq döyüldüklərini iddia edirlər.
Lada Penkovanı döyməkdə ittiham olunan sahə müvəkkili Fərəməz Bağırovun ANS PRESS-ə verdiyi açıqlamada, qadının dedikləri yalan olduğunu vurğulayıb.
“Bura vəhşixana deyil. Vətəndaşların hüquqlarıı qoruyan bölmədir. Kim istəyir müraciət edir və şikayəti araşdırılır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024