Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-09-2014, 21:49)
Zakir Həsənov generalları nazirliyə topladı - FOTOLAR

Zakir Həsənov generalları nazirliyə topladı - FOTOLAR

 

Bu gün Silahlı Qüvvələrin döyüş hazırlığı planına və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən cəbhə bölgəsində yerləşən N saylı hərbi hissədə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən təşkil olunan "Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri" mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Mia.az Müdafiə Nazirliyinin rəsmi məlumatına istinad edərək, bildirir ki, müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə Müdafiə Nazirliyinin müvafiq idarə, xidmət, şöbə rəisləri, Əlahiddə Ümumqoşun Ordusunun, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəsissələrinin komandir və rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, psixoloqlar, hərbi xidmətdə fərqlənən, zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və əsgərlər iştirak ediblər. 


Konfrans iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü önünə gül dəstələri qoyuaraq Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad ediblər. 


Elmi-praktik konfransın işinə başlaması elan edildikdən sonra Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edib, Dövlət Himni ifa olunub.


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik nitqi oxunduqdan sonra Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələlərinə dair məruzə və çıxışlar edilib, geniş müzakirələr aparılıb, təklif və tövsiyələr verilib.


Sonra general-leytenant Kərim Vəliyev giriş nitqi söyləyərək bildirib ki, son zamanlar Silahlı Qüvvələrdə aparılan islahatlar şəxsi heyətin döyüş əzminin, mənəvi-psixoloji və peşəkar hazırlığı səviyyəsinin yüksək olduğunu deməyə əsas verir.


"Ordu quruculuğunun əsasını təşkil edən mənəvi-psixoloji təminat Silahlı Qüvvələrin döyüşə hazır olmasının ən əsas göstəricilərindən biridir. Ordu potensialına görə güclü ola bilər, lakin şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yetərincə deyilsə, o ordu məğlubiyyətə düçardır. Bizim ən əsas vəzifəmiz ordunun döyüş qabiliyyətini artırıb, torpaqlarımızı düşməndən azad etməkdir. Yüksək nizam-intizam, təşkilatçılıq, şəxsi igidlik, qəhrəmanlıq nümunələri və bacarıq şəxsi heyətin zəruri keyfiyyətləridir. İnsan faktoru ən vacib faktor kimi qalmaqdadır, bunu hər kəs bilməlidir", - deyə general-leytenant Kərim Vəliyev xüsusi vurğulayıb.


Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə ordumuzun maddi-texniki təminatı günbəgün güclənir, şəxsi heyət müasir texnika və silahlarla təchiz olunur. 


Konfransda Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov "Silahlı Qüvvələrdə Şəxsi Heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri" mövzusunda geniş məruzə ilə çıxış edib. 
Sonra "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında şəxsi heyətin tərbiyəsi", "Şəxsi heyəti torpaqlarımızın işğaldan azad olunmasına səfərbər etmək qarşımızda duran mühüm vəzifədir", "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə aparılan tərbiyə işinin əsas xüsusiyyətləri", "Hərbi qulluqçularla fərdi tərbiyə işinin və psixoloji testlərin təşkili", "Silahlı Qüvvələrdə nizamnamədənkənar münasibətlər və onların qarşısının alınması sistemi", "Silahlı Qüvvələrdə hüquq qaydalarının möhkəmləndirilməsi", "Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələri əməkdaşları ilə işin təşkli", "Zabitlərin peşə hazırlığı və təkmilləşdirilməsi işinin vəziyyəti", "Şəxsi heyətin qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsi" və digər mövzularda çıxışlar dinlənilib.


Sonda Müdafiə nazirinin əmrinə əsasən Silahlı Qüvvələrdə keçirilmiş "Ən yaxşı ictimai-siyasi hazırlıq qrupu", "Ən yaxşı təşviqat işi" müsabiqələrinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıb. Müdafiənin ön xəttində xüsusilə fərqlənən hərbi qulluqçulara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təsis etdiyi "Vətənə nümunəvi xidmətlərinə görə" mükafatı təqdim olunub.


Konfransın yekununa dair qətnamə qəbul edilib və tədbirin materiallarının toplu şəklində çap olunması qərara alınıb.

 

 


шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024