Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (25-09-2014, 20:39)
“Hərəniz bir saxta alimlik dərəcəsi almısınız...” - AMİ-də QALMAQAL

“Hərəniz bir saxta alimlik dərəcəsi almısınız...” - AMİ-də QALMAQAL

 

“Hərə kartoçkadan bir möhür düzəldərək min hoqqadan çıxıb” 

Mediatv.az xəbər verir ki, bu barədə Moderator.az saytı Gəncədəki mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, deputat Aqiyə Naçıvanlı təhsil naziri Mikayıl Cabbarovun əmri ilə AMİ Gəncə Filialının fəaliyyətinin dayandırılmasından sonra Gəncəyə gedərək AMİ Gəncə filialında bir neçə dəfə müəllimlər, tələbələr və valideynlərlə birgə toplantı keçirib.

Toplantılarda iştirak edən mənbənin sözlərinə görə, Aqiyə Naxçıvanlı iclaslarda çox əsəbi davranış sərgiləyib. Bununla iclasın ovqatını öz xeyrinə dəyişməyə cəhd edərək ona qarşı ehtimal oluna biləcək kəskin çıxışları neytrallaşdırmaq istəyib. 

Rektorun sərt çıxışlarına cavab olaraq filialda müavin işləyən Sədaqət Adıgözəlova oan etiraz edərək "Bu camaat yazıq oldu və onlar bundan sonra harda və necə işləyib ailələrinə çörək qazancaqlar?", - deyə irad bildirib.  

Onun bu iradından qəzəblənən deputat rektor müəllimləri saxta ailmlik dərəcəsi almaqda ittiham edib: "Hərəniz bir saxta alimlik dərəcəsi almısınız, yerinizdə sakit oturun. Elə etməyin ki, alimlik diplomlarınızı yoxlatdırım". 

Qarşılıqlı ittihamlarla davam edən iclasda Aqiyə Naxçıvanlı daha bir maraqlı ifadə işlədib: "Hərə kartoşkadan bir möhür düzəldərək min hoqqadan çıxıb, mənim bunların heç birindən xəbərim olmayıb". 

Bu sözdən hiddətlənən bir valideyn "siz nə danışırsınız, necə olur ki, bu fililada baş verən dəhşətlər barədə bütün respublikanın xəbəri olur, sizin olmur? Necə oldu ki, yeni nazir bir həftənin içərisində xəbər tutdu, gəlib yoxlayıb saxtakarlığı ifşa elədi, amma sizin qulağınızın dibində 10 ildir bu oyunlar gedir, xəbər tutmasınız?" - deyə rekatora etiraz edib.

Rektorun çıxışı ali məktəbdə xadimə işləyən bir xanımın da sərt cavabı ilə qarşılanıb: "Sizə nə deyək daha, Ramiz kimi (filialın barəsində korrupsiya ittihamları ilə cinayət işi başlanılmış keçmiş direktoru) kişinin başına oyun açdınız. O cür kişini məhv edib indi yanınızda oturan Qazax filialının direktoru Afaq Qasımova kimi adamlarla işləyirsiniz..."

Sayt iddia edir ki, bundan sonra iclasda qarışıqlıq olub və polis müdaxilə etmək və camaatı sakitləşdirmək zorunda qalıb. Daha sonra bildirilib ki, əlavə təhsil fakultəsi də Gəncə Dövlət Universitetinə köçürüləcək, tələbələrdən də bəziləri GDU-ya, digər tələbələrsə filialllara yerləşdiriləcək.

Maraqlıdır ki, iclasda filialın keçmiş direktoru Ramiz Məmmədov da iştirak və çıxış edib. Məhz o qəzəbli valideynləri sakitləşdirərək hamının filiallarda yerləşdiriləcəyini bildirib. Filialın müəllimlərinin aqibətinə də aydınlıq gətirilib. Belə ki, onların müsabiqə yolu ilə GDU-ə yerləşdirilməsi vurğulanıb. 

Toplantıda müəllimlər və valideynlərlə indiki direktor Razim Məmmədov arasında da mübahisə olub və aldadılmış valideynləri çətinliklə sakitləşdirmək mümkün olub.

Qaynar.info olaraq, mövzu ilə bağlı Aqiyə Naçıvanlının da mövqeyini dərc etməyə hazırıq. 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024