Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (20-09-2014, 15:38)
“Dilimizə yersiz daxil olan sözlər var“

Bəzi alınma sözlərin qarşılığının işlədilməsi məcburiləşdiriləcək

 

Son bir il ərzində dilimizə 300 alınma söz daxil olub. Bu sözlər əsasən, terminlərdir. Bu sözlər xüsusi bülletendə çap ediləcək.
 
Bu barədə Publika.az-a Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.
 
“Müxtəlif elm sahələri, xüsusən də informatika, texnologiya  sahəsi ilə bağlı dilimizə yeni sözlər daxil olub. Bəzi sənaye məhsulları müxtəlif ölkələrdən idxal edildiyinə görə, bu sahədən də yeni sözlər dilimizə daxil olub. Dilə daxil olan yeni sözlər arasında ümumişlək sözlər, demək olar ki, yoxdur”.
 
S.Sadıqovanın sözlərinə görə, yeni sözlər həm dilin daxili imkanları, həm də alınma sözlər hesabına yaranır. 2013-2014-cü illərdə dilimizə daxil olan 300 alınma söz dekabrda nəşr ediləcək bülletendə əksini tapacaq.
 
“Siyahıda informatika, müxtəlif elm və ictimai-siyasi həyatla bağlı yeni sözlər yer alıb.  Bülleten nəşr ediləndən sonra həmin sözlər müzakirəyə çıxarılacaq. Mütəxəssislər tərəfindən qiymətləndiriləcək, dilimizdə qarşılığını tapmağın mümkünlüyünə baxılacaq. Daha sonra həmin sözlərin gələcəkdə orfoqrafiya lüğətinə daxil edilməsi haqqında qərar qəbul ediləcək”.
 
O, dilimizə yersiz daxil olmuş yeni sözlərdən də danışıb. 
 
“Dilimizə yersiz daxil olan sözlər var, lakin biz bülletenə zəruri sözləri daxil etmişik. “Onlayn” sözü dilimizə daxil olub və ona qarşılıq tapa bilmirik. Cəmiyyətdə də bu söz qəbul edilib.
 
Təəssüf ki, yersiz alınmalar əsasən mətbuatda, televiziyada işlənir. Bu vaxta qədər yeni sözlərinin qarşılığının istifadə edilməsini məsləhət görürdük. Artıq bu sözlərin qarşılığın işlədilməsi barədə qərarlar qəbul ediləcək. Çünki dilin inkişafı yalnız alınmalar yox, öz imkanları hesabına formalaşmalıdır.
 
Bəzən alınma sözlərin bir neçə qarşılığı olduğu və onlardan istifadə edilməsi önə çəkilir. Lakin bilmək lazımdır ki, ədəbi dil sözün ən mükəmməl formasını qəbul edir. Müəyyən sözlər var ki, mətbuatda iki formada işlənir. Lakin sonra dildə ən yaxın variant qaldı. Bir müddət əvvəl “kompyuter” və “bilgisayar” sözlərinin hər ikisi istifadə edilirdi, son nəticədə “kompyuter” qalıcı oldu. Termin  kimi alınma sözlərin də səviyyəsi normal olsa da, ümumişlək sözlər barədə eyni fikri deyə bilmirik. Bu da bizi narahat edir”.
 
Onun sözlərinə görə, lazımsız alınma sözlər mütəxəssislərin müzakirəsinə çıxarıldıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.
 
“2004-cü ildə nəşr edilmiş orfoqrafiya lüğətində 80 min söz var idi, 2014-cü ildə 105 minə çatıb. Beş ildən sonra  yeni lüğət hazırlananda bu say daha da artacaq. Noyabrda tərkibi yeni təsdiq edilmiş terminologiya komissiyasının iclası keçiriləcək.
 
Komissiyanın yeni tərkibi sentyabrın17-də təsdiq edildi. Əvvəlki tərkibdə əsasən yüksək vəzifəli şəxslər idi. Bu da iş prosesində istənilən nəticənin əldə edilməsində çətinlik yaradırdı. Artıq müxtəlif sahələrlə bağlı AMEA-nın alimləri, ixtisası daha dərindən bilənlər komissiyada iştirak edəcək. Komissiyanın üzvləri yaxın zamanda toplaşıb, yeni sözlər, lüğətin hazırlanması barədə fikirlərini bölüşəcəklər”.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024