Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-06-2020, 12:39)
Komitə sədrindən həyəcan təbili: “Süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır”

 “Son iki həftə ərzində Azərbaycanda koronavirusa yoluxanların sayı iki dəfə artıb”.
Mediatv.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, yoluxma dinamikasının sürətlənməsi Azərbaycanın səhiyyə sistemini yükləyir. Deputat qeyd edib ki, Azərbaycan xəstəxanalarında, bütövlükdə müalicə müəssisələrinin hamısında böyük gərginlik hiss olunur.
“Bu gün Azərbaycanda səhiyyə müəssisələrinə müraciət edən xəstələrin tam əksəriyyəti ağırlaşmış vəziyyətdə olur. Əvvəllər isə belə deyildi. Reanimasiyaya və süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır”, - deyə Ə.Əmiraslanov əlavə edib.
Komitə sədri onu da bildirib ki, sosial şəbəkələrdə koronavirusla bağlı şayiə xarakterli məlumatlar yayılır, bu isə karantin rejiminin pozulmasına gətirib çıxarır:
“Hamı başa düşməlidir ki, biz epidemiya əleyhinə rejimə, karantin rejiminə əməl etməsək, virus hamımızı tutacaq. Qaydalara əməl olunmazsa, biz də süni tənəffüs aparatına qoşulan insanların yerində ola bilərik”. шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024