Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (3-06-2014, 14:29)
Ölkədən qaçan sədrin cinayət dosyesi

Ölkədən qaçan sədrin cinayət dosyesi

«Aqrolizinq» ASC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi açılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin saytında yer alan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin «Aqrolizinq» ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material araşdırılıb. 

 

“Mediatv.az” bizimyolinfo.com-a istinadən bildirir ki, aparılmış araşdırmalarla qeyd edilən cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2013-cü illərdə satınalmalar üzrə müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Satınalmalar üzrə Dövlət Agentliyindən müvafiq razılıq almadan dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etmələrində, həmçinin büdcə öhdəliklərinin icra edilməməsinə, iş həcmlərinin artırılmasına, borcların uçotdan yayındırılmasına və digər maliyyə pozuntularına yol vermələrində şübhəli bilinirlər. Fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.      

Qeyd edək ki, Hesablama Palatası 2012 və 2013-cü illərdə «Aqrolizinq» ASC-də ciddi yoxlamalara başlanılıb. Palatının ötən ilə dair hesabatına görə hər iki ildə aparılan yoxlamaların nəticələri zamanı Şəki rayon Aqroservis Filialı, Horadiz Aqroservis Filialı və Şəki Regional Loqoistik bazasında aparılan yoxlamalar zamanı 2 milyon manatdan çox yaxın yeyinti faktı aşkarlanmışdı. 

2013-cü il hesabatında bununla bağlı ən az, nə çox düz 13 səhifəlik material dərc olunub. Təkcə gübrə yeyintisindən 13 min manatı büdcəyə bərpa edilib. Yoxlamalar zamanı məlum olub ki, təkcə 2013-cü ildə dövlət vəsaiti hesabını alınan superfosfat gübrəsinin 70 faizi, 2 min ton azot gübrəsinin 1486 tonu mənimsənilib. Həmin gübrələr 115 fermerin adına yazılaraq silinib. Guya həmin fermerlər gübrənin pulunu ödəməkdə çətinlik çəkib və bununla borc adına qeydiyyata salınıb. Əvvəlki illərdə də qalan borcu böyük həcmdə debitor borc yaradıb. 

Belə ki, Şəki filialında müvafiq sənədlər saxtalaşdırılmaqla, otlaq, örüş, biçənək yerləri əkin sahələri kimi göstərilərək 1347,2 ton mineral gübrə əsassız olaraq məxaric edilib. Bunun da tam yarısının dəyəri istehsalçıların adından kassaya daxil edilib, qalan 50 faizi isə dövlət büdcəsindən istehsalçılara verilən güzəştlər hesabına bağlanıb. Bu isə təkcə bir fakt üzrə 13 min manatdan çox yeyinti deməkdir. Digər bir fakt Şəki bazasında əmtəəşünas, sürücü və mexaniklərin işə çıxmadığı halda ona aylarla əmək haqqı hesablanıb. Burada həm də başqa çoxlu sayda ölü ştatların olub. Həmçinin əldə edilən vəsait kassaya daxil edilməyərək müxtəlif şəxslərin adında guya borcda saxlanılıb. Şəki filialında həmçinin 2 adda 17 ədəd texnikanın nə izi, nə tozu qalıb. Fermerlər taxıl sahələrini biçmək üçün kombayn tapmadığı halda 19 ədəd kombayn istifadəsiz saxlanılıb. 

Horadiz Filialında isə texnikalarda istifadənin səmərəli təşkil edilməməsi, Cəmiyyət qarşısında lizinq ödənişlərinə dair müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, istifadə edilən texnikaların dəyərinin ödəniş qrafiklərinə əməl edilməməsi səbəbindən böyük həcmdə kreditor borcu yaranıb və audit dövrünün əvvəlinə nisbətən sonunda 2,5 dəfə artıb. 36 ədəd kombayna görə yığılan borcu filialın ümumi borcunun 41,7 faizi təşkil edir. 

Müvafiq məlumatlar əsasında aparılan təhlillə gübrə səpini, şumlama işləri və dənli bitkilərin toxum səpini işlərinin hesabatlarda az göstərildiyi, taxılsəpənlər vasitəsilə müəyyən sahədə taxıl səpini aparılmasına baxmayaraq, Cəmiyyətə onların dəyəri üzrə heç bir lizinq ödənişi həyata keçirilmədiyi müəyyən olunub. Filialın cavabdeh şəxsləri tərəfindən fiziki şəxsin adından mineral gübrə alınması barədə ərizələr yazılaraq silindiyi məlum olub.

Hesablama Palatası qanun pozuntularına dair faktları bundan öncə Prezident Administrasiyası nəzdindəki Dövlət Nəzarəti Şöbəsi tərəfindən aşkarlanmışdı. Həmin sənəddə bildirilirdi ki, «Aqrolizinq» 2005-2009-cu illərdə Azərbaycana 100 milyon manat dəyərində 8085 ədəd texnika gətirilsə də, Gömrük Komitəsi tərəfindən onların həcmi 84,9 milyon manatlıq 6089 ədəd göstərilib. «Aqrolizinq» ümumilikdə son 5 ildə ölkəyə 207,6 milyon manatlıq mal gətirdiyini bildirilsə də, gömrükdə 174,5 milyon manat göstərildiyi qeyd olunmuşdu. Eyni vəziyyət cins inək alınmasında da baş vermişdi. 

Baş Pokurorluqda açılan cinayət işindən sonra ASC rəhbəri Əli Bayramov ərizə yazaraq vəzifəsindən uzaqlaşıb. Hazırda Türkiyədə müalicə olunduğu deyilir. Onun adından yayılan bəyanatda ölkədən qaçması barədə mətbuatda dərc olunan xəbərlərlərin yalan olduğu bildirilib. 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024