Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (20-07-2014, 22:40)
Qadirlə Nadirin Rusiya sərgüzəştləri.

Qadirlə Nadirin Rusiya sərgüzəştləri.

 

azərbaycanlıya yaraşmayan oğraşlıq etməklə pul qazanan iki qardaşın əməllərindən bəhs edən hekayəni oxuculara təqdim edir. Müəllif Əbil Həsənov and-aman edir ki, olmuş əhvalatdır...
 
 Mən də bir tikə çörəkpulu qazanmaq üçün Rusiyaya üz tutmuşdum.Orda həm fəhləlik edir, həm də alver eləyib çörəkpulu qazanırdım.Qazandığım pulları evə göndərirdim.Çətinliklər olsa da, işlərimiz pis getmirdi.Bir gün bazarda təsadüfən kənddəki qonşularımı- Qadirlə Nadiri  gördüm.Onlar da mənim kimi buraya pul qazanmağa gəldiklərini dedilər.Buradakı azərbaycanlılar yığışıb onlara həm qalmağa yer,həm də iş tapmaqda yardımçı oldular.İşləri də pis getmirdi.Qadir bazarda alver edirdi.Nadir isə tikintidə fəhlə işləyirdi.Dediklərinə görə pis qazanmırdılar. Evlərinə də pul göndərirdilər.Vaxt tapan kimi bir yerə yığışıb dərdləşərdik.Kəndi yadımıza salardıq.Onlara iş tapmaqda yardımçı olduğuma görə mənə "sağ ol" deyirdilər...
Xeyli vaxt idi ki, Nadir görünmürdü.Qadir onun kəndlərin birində fermada işlədiyini bildirdi. Bir gün Qadir ağlaya- ağlaya mənə yaxınlaşaraq Nadirin öldüyünü dedi. Cənazəsini vətənə aparmağa pul istədi.Mən həmvətənləri çağırıb vəziyyəti onlara bildirdim.Sağ olsunlar, xeyli pul yığıldı. Bu pullar yas mərasimlərinə də çatardı.Mən də Qadirlə kəndə getmək istədim.Qadir mənim onunla getməyimə razı olmadı.Bir neçə gündən sonra evə zəng vurub Nadirin qırx mərasiminin vaxtını  öyrənib kəndə getmək istədim. Atam mənə Qadirlə Nadirin kənddə olduqlarını,özlərinin də çoxlu pulla gəldiklərini dedi. Mən eşitdiklərimdən təəccübləndim.Sonradan öyrəndim ki,qardaşlar Rusiyanın müxtəlif şəhərlərinə əvvəlcə bir gedib,sonra ayrılırlar.Nadir Qadirin öldüyünü,Qadir isə Nadirin oldüyünü deyib, həmvətənlərimizdən pul qoparmaqla məşğul olurlar...

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024