Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-12-2016, 15:31)
Məşhədə bilet var, sərnişin yox

122800179154

Dekabrın 29-da Naxçıvan-Məşhəd-Naxçıvan sürət qatarı hərəkətə başlayacaq. Sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar günləri) hərəkətdə olacaq.

Mediatv.az xəbər verir ki, bu haqda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Üç vaqondan ibarət 108 yerlik qatar Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edəcək. Bir tərəfə biletin qiyməti 40 İsveçrə frankıdır (1 CHF – 1,713 AZN).
Naxçıvan və Culfa dəmir yolu stansiyalarında bilet satışına dekabrın 24-də başlanıb. Satış nağd qaydada aparılır. Elektron bilet satışının təşkili tamamlanmayıb.

“Naxçıvan Dəmir Yolları” MMC-nin yük və sərnişin daşımaları idarəsinin rəisi Mübariz Allahverdiyev Turan-a deyib ki, bu günə (27 dekabr) olan məlumata görə, hələ ki, bilet almaq üçün müraciət edən yoxdur.
“Bu marşruta olan tələbat haqda bir fikir deyə bilmərəm, çünki hələ bilet satmamışıq. Amma istənilən halda 29-u qatar yola düşəcək”.
Naxçıvan daxilində iki qatar (951/952 Ordubad-Şərur sərnişin/yük qatarı və 953/954 Şərur-Culfa sərnişin qatarı) hərəkət edir. Hər iki istiqamətdə hər biri 2 vaqondan ibarət 2 qatar hərəkət edir. Yay mövsümü üçün daha 4 vaqon mövcuddur. Bu qatarlar Naxçıvan sakinlərindən savayı, hərbi qulluqçulara da xidmət edir.

“Naxçıvan Dəmir Yolları” MMC-də bildiriblər ki, bilet qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Lakin Şuranın qərarında (http://www.tariffcouncil.gov.az/?/az/resolution/view/87) bu haqda məlumat yoxdur.
Qatar 29,5-30 saata Məşhədə çatacaq. Sərnişinlərə ödənişli çay veriləcək.
Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb.

шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024