Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-03-2014, 20:52)
Rəbiyyət Aslanova Suriyada döyüşən azərbaycanlılardan- danışdı

Rəbiyyət Aslanova Suriyada döyüşən azərbaycanlılardan- danışdı

 

Suriyada gedən döyüşlərdə iştirak etmək üçün həmin ölkəyə gedən azərbaycanlılar geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlar. 

 

“Mediatv.az” xəbər verir ki, Modern.az saytının məlumuta görə, bunu jurnalistlərə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

R.Aslanova qeyd edib ki, Suriyaya gedən azərbaycanlılar qanunlarımızın əsas müddəalarını bilməlidirlər: "Suriyaya gedən insanlarımızın da geri qayıdacağına inanıram. Onlar geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlar. Azərbaycan vətəndaşlarının bu gün Suriyada başlarına gələnlər, hər bir ölüm xəbəri bizi narahat edir. Övladları Suriyaya gedən valideynlərin də vəziyyətini başa düşürəm. Heç bir ana övladının xarici ölkədə ölməsini istəməz".

Komitə sədri bildirib ki, Suriyaya Azərbaycan gənclərinin getməsi prosesi artıq dayanıb.

Onun sözlərinə görə, hazırda Suriyada müxtəlif qruplaşmaların tərkibində olan azərbaycanlı gənclər öncədən bu ölkəyə gedənlərdir: "Gənclərimiz bilməlidirlər ki, muzdla başqa ölkələrdə vuruşmaq qanunun əsas müddəalarının pozulması deməkdir. Bu gənclərin belə bir yol seçmələrində qanunları bilməmələri, məlumatsızlıqları əsas rol oynayıb".

R.Aslanova əlavə edib ki, gənclərimiz müəyyən qüvvələrin təsiri altında bu yola düşüblər: "Hazırda gənclərin maarifləndirilməsi istiqamətində işlər aparılır, qanunlarımız sərtləşdirilib".

O, qeyd edib ki, gənclərimizin Suriyada ayrı-ayrı qruplaşmaların tərkibində döyüşməsi ölkələr arasındakı münasibətlərə də pis  təsir edir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024