Cəmiyyət / Slayd (18-03-2014, 20:38)
Yarım milyonluq “Gelandewagen”i Azərbaycana hansı məmur gətirib?
Müştəri avtomobilin tüninqini 2013-cü ildə sifariş verib
ABŞ-ın Texas ştatında fəaliyyət göstərən “Hennesey Performance” tüninq şirkəti tərəfindən xüsusi sifariş əsasında yığılan və Azərbaycana gətirilən “Mercedes-Bens G63 AMG Gelandewagen” avtomobilinin sahibinin adı məlum olub.
“Qafqazinfo” Virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi facebook səhifəsində məlumat yer alıb. Xəbərdə bildirilir ki, avtomobilin sifarişçisi Azərbaycandan olan Aqşin A. (Agshin A.) adlı şəxsdir. Müştəri avtomobilin tüninqini 2013-cü ildə sifariş verib.
Həmin şəxsin familiyası tam göstərilmədiyindən onun barəsində əlavə məlumat öyrənmək mümkün olmayıb. Bununla belə həmin şəxsin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhər 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Aqşin Əhədov olduğuna dair hələ təsdiqlənməmiş məlumatlar var.
1987-ci ildə anadan olmuş Aqşin Əhədov həmin vəzifəyə ötən ilin dekabrında təyin olunub və kifayət qədər imkanlı şəxs kimi tanınır. Belə ki, o, Sumqayıtda ötən ilin payızında yanan “Karvan” ticarət mərkəzinin sahibi Ağamirzə Əhədovun nəvəsi və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, deputat Nazim Fərəcovun kürəkənidir.
Sayt Bakıya gətirilən “tank gücündə” avtomobilin həqiqətən həmin məmura məxsus olub-olmadığı barədə araşdırmalar aparır. Bu gün özünü Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhər 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Aqşin Əhədovun nümayəndəsi kimi təqdim edən hüquqşünas Ramil Süleymanov redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki, sözügedən avtomobilin Aqşin Əhədova heç bir aidiyyəti yoxdur. “Doğrudan da həmin şirkətin facebook səhifəsində avtomobilin sahibinin Azərbaycandan olan Aqşin adlı şəxs olduğu göstərilib. Lakin həmin şəxs Aqşin Əhədov deyil. O, belə avtomobil sifariş verməyib” - deyə hüquqşünas bildirib.
Qeyd edək ki, ABŞ-ın Texas ştatında fəaliyyət göstərən və xüsusi olaraq super bahalı avtomobillərin tüninqi ilə məşğul olan “Hennessey” tuning şirkəti Azərbaycandan olan müştərinin sifarişi əsasında “Mercedes-Bens Gelandewagen G63 AMG” avtomobilini yenidən yığıb.
Sifarişçinin istəyi əsasında 5.5 litrlik biturbo mühərriklə təchiz edilmiş avtomobilin mühərrikinin gücü daha da artırılıb. Güc aqreqatının işçi həcmi 700 at gücünə qədər artırılıb, maksimal fırlanma anı 800-ə çatdırılıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024