Cəmiyyət (4-07-2024, 17:15)
Nazir rəis müavinini və direktoru işdən çıxardı - ƏMR
Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəis müavini işdən çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Xilasetmə və sualtı texniki işlər üzrə rəis müavini Quliyev Eldar Fərhadoviç sözügedən vəzifəsindən azad olunub.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bu ilin may ayında Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəisi Fuad Ramiz oğlu Bağırov vəzifəsindən azad edilmiş, yerinə Əkrəm Xanlar oğlu Qəhrəmanov təyin edilmişdi.
Nazir bundan başqa "Əməkdar həkimi" təqaüdə göndərib.
Onun müvafiq əmri ilə Aslanov Fikrət Əhəd oğlu FHN-nin nəzdində "İzotop" xüsusi kombinatının direktoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, Fikrət Aslanov 2020-ci ilin dekabr ayında ölkə başçısının müvafiq sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.
Xatırladaq ki, "İzotop" xüsusi kombinatı radioaktiv mənbələrin və tullantıların qəbulu, zərərsizləşdirilməsi, uzunmüddətli saxlanılması və basdırılması, radioaktiv mənbələrin, materialların və radioizotoplu cihazların nəqli, xüsusi geyimlərin və fərdi mühafizə vasitələrinin dezaktivasiyası, ərazilərdə, təşkilatlarda və radiasiya qurğularını istismar edən müəssisələrdə radioloji monitorinq və dezaktivasiya, radioekoloji monitorinq üzrə fəaliyyət göstərir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024