Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-03-2024, 09:30)
MTK-ların “bazarı bağlandı”: Evlər ucuzlaşacaq? - Ekspert danışır...

MTK-ların “bazarı bağlandı”: Evlər ucuzlaşacaq?
Azərbaycanda yaxın müddətdə Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq.

“Cebhe.info”nun məlumatına görə, bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bəs bu platforma vətəndaşlara nə qazandıracaq?

Əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev “Cebhe.info”-ya müsahibəsində maraqlı məqamlara aydınlıq gətirib.

- Elnur bəy, hazırda ölkəmizdə çoxmənzilli binalardakı mənzillərin satışı ilə bağlı durum necədir?

- Ölkəmizdə 25 ildən çoxdur ki, çoxmənzilli binalar tikilərək istifadəyə verilir. Lakin alqı-satqı MTK ilə vətəndaş arasında baş verir. Burada bir sıra dələduzluq halları olurdu. Lakin yeni qaydalara əsasən çoxmənzilli binaların alqı-satqısı onlayn qaydada olacaq. Bu, bir evin bir neçə nəfərə satışının qarşısını alacaq. Bu baxımdan qərar çox gözəldir. Eyni zamanda, yeni qərarın əmlak bazarına müsbət təsir edəcəyi gözlənilir.

- Bu qərar mənzillərin qiymətinə necə təsir edəcək?

- Yeni qaydalara görə, elektron platformada mənzil alan vətəndaşlar qeydiyyatdan keçəcək. Bu da daşınmaz əmlak bazarında alıcıların sayının artmasına gətirib çıxaracaq. Alıcı sayı artdığına görə mənzil bazarına müsbət təsir edəcək. Qiymətlərə gəlincə isə bahalaşmaya gətirib çıxartmayacaq.

- MTK-ların törətdiyi özbaşnalığın qarşısını almaq üçün bu qərar yaxşı üsuldur, ancaq praktikada özünü doğruldacağmı?

- Əlbəttə, özünü doğruldacaq. Bu qərar əmlak bazarında şəffaflığın yolunu açacaq. MTK-lar tərəfindən aldadılan vətəndaşların sayı 5 mindən çoxdur. Bu da yeni tikili binalarda mənzil almaq istəyən vətəndaşlar arasında narahatlıq yaradır, MTK-lara güvəni azaldırdı. Lakin yeni qərar bu bazarda şəffaflığın yolunu açacaq və alıcı kütləsini artıracaq.

- Çıxarışsız mənzillərin taleyi necə olacaq?

- Yeni binalar pilot layihə ilə tikilir. Yeni elektron platformada ev alan mənzil sahibləri qeydiyyatdan keçəcəklər. Aldıqları ev də tam qanuni şəkildə olduğuna görə çıxarışla təmin olunacaq. Eyni zamanda, elektron platformada mənzillə bağlı bütün məlumatlar öz əksini tapacaq.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024