Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-03-2024, 15:28)
Qumda saxlanılan azərbaycanlının anası: "Çox gərgindir..." - Dövlət qurumlarından isə...

Qumda saxlanılan azərbaycanlının anası: "Çox gərgindir..."
"Fəridlə danışıram, çox gərgindir".

Bu sözləri “Cebhe.info”-ya İranda həbsdə olan Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. “Sonuncu dəfə 3-4 gün bundan qabaq əlaqə yaratdıq. Səhhəti yerindədir, elə bir problemi yoxdur. Amma görürəm ki, çox gərgindir.

Dövlət qurumlarından isə heç biri bu məsələ ilə əlaqədar əlaqə saxlamayıb",-deyə o bildirib.

Qeyd edək ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli ötən il fevralın 20-də eyni universitetdə oxuyan iranlı qızın ardınca Tehrana gedib.

Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda Fəridə qarşı casusluq ittihamı ilə cinayət işi açılıb. 19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib. Bununla yanaşı, İran İslam Respublikasının Təbriz şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşları F.Səfərli ilə həbsxanada mütəmadi olaraq görüşlər keçirir və onunla ailə üzvləri arasında telefon əlaqəsi yaradılır. İran tərəfi azərbaycanlı tələbəni hazırda Qum həbsxanasında saxlayır.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024